"Əgər separatçılar 44 gündə başlarına gələnlərdən nəticə çıxarmayıb, müharibə istəyirlərsə..."

"Əgər separatçılar 44 gündə başlarına gələnlərdən nəticə çıxarmayıb, müharibə istəyirlərsə...""Son günlər Qarabağda separatçıların təxribatları daha da artmaqdadır. Gah qondarma "işğal haqqında qanun"u, olmayan parlamentin müzakirəsinə çıxarır, gah təlim keçirir, gah da öz aləmlərində əhalini baş verə biləcək təxribatlardan qorumağa çalışdıqları görüntüsünü yaratmağa cəhd edirlər. Burada haqlı olaraq bir neçə sual yaranır. Bu təlimlər kimə qarşı keçirilir? Məqsəd nədir? Separatçılar yenidən müharibəyə hazırlaşırlarmı? 44 günlük müharibə onlara yaxşı düşünmək üçün yetərli olmadımı?

Sonxeber.az-ın məlumatına görə bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, hansısa təhlükənin olması və əhalinin buna hazırlanması yalnız və yalnız avantüradır və erməni propaqandasına xidmət edir:

"Azərbaycan dəfələrlə bu barədə mövqeyini ifadə edib. Azərbaycan bölgəyə sülhün gəlməsini, yekun sülh müqaviləsinin imzalanmasını, bölgə xalqlarının birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyir. Əgər separatçılar 44 gündə başlarına gələnlərdən nəticə çıxarmayıb, müharibə istəyirlərsə, Azərbaycan buna hər an hazırdır.

Ermənilər bu təxribatların hansı nəticələrə gətirə biləcəyini yaxşı bilirlər. 44 günlük müharibədə Azərbaycan bunu Ermənistana göstərdi. Bu yaraların sağalması üçün illər lazımdır.

Dəfələrlə Prezident İlham Əliyev separatçılara xatırladıb ki, "dəmir yumruq" hər an yerindədir. Ermənilər bunu unutmamalıdırlar. Belə davam etsə, "dəmir yumruq" yenidən işə düşəcək.

Cəmiyyətdə haqlı narazılıq yaradan və düşündürən bir sıra suallar var. Rusiya sülhməramlıları hara baxır? Niyə belə təxribatlara yol verirlər? Niyə ciddi ölçü götürmürlər? Yoxsa başları humanitar aksiyalara qarışıb?

Onların əsas vəzifəsi belə halların baş verməsinin qarşısını almaqdır. Bölgəyə də bu məqsədlə gəliblər. Əgər onlar bu təxribatların qarşısını almaqda acizdirlərsə, Azərbaycan özü təxribatçıları cəzalandırmaq üçün geniş imkanlara malikdir. Bunun üçün əlimizdə kifayət qədər imkan və əsaslar var.

Separatçılar bu təxribatlara mütləq son qoymalı, sülhməramlılar da belə halların qarşısını qətiyyətlə almalıdırlar. Əks halda, məsuliyyəti ermənilər daşıyırlar. Azərbaycanın öz ərazilərində antiterror əməliyyatları keçirmək hüququ var".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1600   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr