Araiki Bakıya Rusiya təhvil verəcək? - Separatçılar üçün sonun başlanğıcı
"Təəssüflər olsun ki, son olaylar onu göstərir ki, Ermənistanda və onların Qarabağda olan əlaltıları çalışırlar ki, regionda gedən bu müsbət prosesləri - quruculuq işləri, o cümlədən tranzit-yol nəqliyyat infrastrukturunun qurulması ilə bağlı olan işləri müəyyən destruktiv abu-hava yaratmaqla əngəlləsinlər".
Sonxeber.az-ın məlumatına görə, bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Araikin saxlanılmasında Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi dəstək ola bilər:
"Ermənistandakı revanşist qüvvələr gərginlik əsnasında öz planlarını yerinə yetirməyə çalışırlar, eyni zamanda üçtərəfli sazişdən irəli gələn məsələlərin yerinə yetirilməməsinə can atırlar. Bilirik ki, üzümüzə gələn illərdə ən vacib məsələlərdən biri də azərbaycanlıların öz doğma yurd-yuvalarına, o cümlədən Rusiyanın sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə qaytarılmasıdır.
Əlbəttə ki, o separatçılar orada nə qədər ki, aktivdirlər, onların aktivliyi bu proseslərə əngəl törədir və ciddi maneələr yaradır. Ona görə də düşünürəm ki, əlbəttə ki, antiterror əməliyyatları, yaxud da müxtəlif qanunsuz silahlı dəstə başçılarının zərərsizləşdirilməsi ilə bağlı zəruri addımların atılması vacibdir.
Yalnız bundan sonra biz tam olaraq təhlükəsizlik şəraitində gedən prosesləri təmin edə bilərik. Nə qədər ki, Araik Arutyunyan, Vitali Balasanyan kimi şəxslər Qarabağın dağlıq hissəsində mövcuddurlar, - nəyinki mövcuddurlar, hətta ona-buna göstərişlər verirlər, - təəssüflər olsun ki, tam sülh və yaxudda ki, sabitliyi yaratmaq mümkün olmayacaq.
Ona görə də Azərbaycan Baş Prokurorluğu iki gün əvvəl bəyanatla çıxış etdi ki, Araik Arutyunyan yaxın vaxtlarda zərərsizləşdiriləcək və qanun qarşısında cavab verəcək. Əlbəttə ki, bu da doğru seçilmiş bir istiqamətdir, hədəfdir. Düşünürəm ki, biz bu hədəfə doğru inamlı addımlayacağıq. Bizə burada eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi dəstək ola bilər ki, onların da əsas vəzifələri regionda gedən bu proseslərə nəzarət etmək və mümkün olan təhdidlərin qarşısını almaqdan ibarətdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı