Yuxu rejimini nizamlayan 6 tövsiyə!
Həyatımızda yaşadığımız maddi-mənəvi problemlər gələcək qayğısı, pozulan sinir sistemimiz bizə yuxunu haram edə bilir. Bəzən səhərə qədər oyaq qalıb, bu düşüncələrdən qurtulmağa çalışırıq. Yatsaq belə, qorxu ilə yerimizdən dik atılırıq. Çünki bu problemlər yuxumuzda da bizdən əl çəkmirlər. Nəticədə ya kabus görürük, ya da yuxusuzluqdan "ölürük".
Bəs bu vəziyyətdən necə qurtula bilərik?
OLAY sizə yuxu probleminizi həll edəcək tövsiyələri təqdim edir.
Birincisi, yatmadan öncə telefondan, şüadan uzaq durun. Sizin üçün çətin ola bilər. Amma bacararsınız! Məsələn, telefonunuzu yataq otağınıza aparmaya bilərsiniz. Bir müddət bunu təkrarlasanız, yuxu rejiminizə də müsbət təsir göstərəcək. Bir də telefonunuzu səssiz rejimə qoymağı da unutmayın.
İkincisi, otağınız tam qaranlıq olmaldır. Ən xırda işıq belə sizi narahat edə bilər. Telefonunuz yanınızdadırsa, onu ya söndürün, ya da üzü üstə yerə qoyun.
Üçüncüsü, əzələlərinizi rahatlaşdırın.
Yuxu probleminin ən əsas səbəblərindən biri bel və sümük ağrılarıdır. Yuxudan əvvəl ağrıyan nahiyələrinizi masaj edin. Ya da yatmazdan öncə çimin. İlıq su da sizi rahatlaşdıracaq.
Dördüncüsü, meditasiya edin.
Ağrılarınız fiziki olduğu kimi, psixoloji də ola bilər. Bir məsələdə stress yaşamısınızsa meditasiya üçün bir neçə dəqiqə vaxt ayırın. Yutubda bu mövzu ilə bağlı videolardan faydalana bilərsiniz.
Rahat yatmaq üçün daha bir tövsiyəmiz də var.
Yuxu saatınız qədər, oyanma vaxtınız da önəmlidir. Yuxu rejiminizi qaydasına salın. Yəni, bir sistem qurun və buna uyğun yatıb-oyanın. Hər gün eyni saatda yuxuya gedib, eyni saatda da oyanmağa çalışın. Bu rejimə həftəsonu da əməl edin.
Son olaraq yuxu probleminizin səbəbini tapmağa çalışın. Bunun üçün bir psixoloqla da danışa bilərsiniz.
Şirin yuxular...
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2260 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr