İntihar barədə xəbərlər bu hadisələri artırır? - AÇIQLAMA

İntihar barədə xəbərlər bu hadisələri artırır? - AÇIQLAMASon günlər intihar hallarının artması, gün ərzində 4-5 intihar məlumatlarının yayılması cəmiyyətdə bu hallara nəyin yol açdığı ilə bağlı ciddi həyəcan təbilinin çalınmalı olduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, ölüm səbəbləri arasında yol qəzalarından sonra intihar ikinci yerdədir.

Sosial şəbəkələrdə, mediada yayılan intihar xəbərlərinin bu hadisələrə təsiri barədə danışan əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli Sonxeber.az-a bildirib ki, bu cür məlumatlar intiharlar üçün əsas olmasa da, stimullaşdırıcı faktor rolunu oynaya bilər.

"İnsanlar intihar düşüncəsinə baş vuranda, adətən ətrafdan dəstək və ya ona qarşı olan bir addım gözləyirlər. Amma görəndə ki, sosial şəbəklərdə təqdir olunur, onda ciddi sosial-psixoloji problem başlayır.

Təəssüf ki, cəmiyyətdə intiharların sayı artır. Bunların çox ciddi sosial, fərdi-psixoloji, ailə problemləri kimi səbəbləri var. Medianın intihar hadisələrini geniş, "cazibədar" şəkildə işıqlandırması, xəbər tapmayanda bu cür məlumatları "sıraya düzməyi" çox pis nümunədir".

Sosioloq Lalə Mehralı da məsələyə münasibətini bildirib. Onun sözlərinə görə, intiharların hər birinin ayrıca baş vermə səbəbi və baş vermə mühiti var, azyaşlıların intiharı isə artıq cəmiyyətin süqutu deməkdir:

"Azyaşlının intiharına heç bir halda heç bir cəmiyyət açıqlama gətirə bilmir. Çünki azyaşlının intihar etməsi, cəmiyyətdə nələrinsə vaxtında düzgün həyata keçirilməməsi, nələrinsə bu hadisənin təməlini qoyması deməkdir.

Bəzən intiharları sosial, maddi problemlərlə əlaqələndirirlər. Bu cür səbəblər yetkin yaşda olanlara şamil oluna bilər. Bəzən səbəb kimi valideynlərin nəzarətsizliyini, sosial şəbəkələri qeyd edirlər, amma bu, aysberqin hələ görünən tərəfləridir. Azyaşlını intihara sürükləyən bimədiyimiz çox səbəblər ola bilər. Bunlar hansısa oyunun fəsadı, şantaj, uşağın ailədə şahid olduğu hər hansı bir davranış ola bilər.

Təəssüf ki, bir çox hallarda intiharların üstü qapalı qalır. Amma növbəti bu cür halların baş verməməsi üçün ətraflı araşdırmalar aparılmalıdır. Bu sahəyə cavabdeh olan komitə, hüquq-müfizə orqanları bunu üzərinə düşməlidirlər.

Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə, əl-ələ verib işləməlidirlər. Heç bir uşaq bir tək ana-ata münasibətlərinə görə intihar etmir. Təməl ailədə qoyulsa da, məktəbdə və cəmiyyətdə də üzərinə yığılır. Bir yerdən işıq ucu görməyəndə bu cür yollara əl atır.

Ona görə də valideyn-məktəb əməkdaşlığı mütləq lazımdır. Hazırda demək olar ki, çox vaxt valideynlər məktəblərdən təcrid olunur. Bir məktəbin daxilində nələr baş verir, heç birimizin xəbəri yoxdur. Valideynləri də məktəbə cəlb etmək lazımdır, onlar da uşaqların təlim-tərbiyəsində iştirak etməlidirlər. "Övladınız dəcəllik edir", "övladınız oxumur" kimi ifadələrlə müəllimin işi yekunlaşmamalıdır. Müəllim məktəb psixoloqu ilə əlaqə saxlamalıdır. Hazırda hansı məktəbin psixoloqunun işıqlı fəaliyyətindən söz açmaq olar? Psixoloqluq məktəbdə varlığı ilə yoxluğu bilinməyən bir ştatdır. Məktəb psixoloqları da valideynlərlə vəhdətdə işləməlidirlər.

Maddi vəziyyətin normal olması üçün bir çox ailələrdə hər iki valideyn işləmək məcburiyyətində qalır. Bu isə uşaqların evdə tək qalması, bir çox uşaqların telefonlarla başlarının qatması deməkdir. Oyunların uşaqlara necə təsir etməsi, okeanın o biri tərəfində olan birinin uşağın psixologiyası ilə necə oynaması, onu nələrə məcbur etməsi barədə, təəssüflər olsun ki, acı təcrübədən keçirmiş olduq. Buna görə də uşağın yanında kiminsə olması mütləqdir. Valideynlərin üzərinə düşən ən başlıca vəzifə isə övladı ilə dost olmasıdır.

Yetkin insanlar arasında isə daha çox zərərli vərdişlərə yiyələnmiş, məhkum olmuş, ətrafdan təcrid olunan insanlar intihara əl atırlar. Bu cür halda cəmiyyət onlara dəstək olmalıdır.

Bəzən "sağlam" insanların intiharı bizi təcəccübləndirir. Amma kənardan sağlam kimi görünən insanların içində hansı fırtınaların qopduğunu bilmirik. Bir çox hallarda uşaqlıqda yaşanan problemləri ətraf qınağına görə içimizdə yaşayırıq. Uşağa qarşı hər hansı bir zorakılıq hadisəsi olanda ana-ata da bəzən düzgün reaksiya vermir və günahı övladında bilir. Beləcə, həmin uşaq böyüyəndə də elə düşünür ki, ona qarşı zərərli hərəkət baş verdikdə günah elə onun özündədir.

Azyaşlılarda intiharın qarşısını almaq üçün valideynlər ilk növbədə övladı ilə dost, dost və yenə də dost olmalıdırlar. Yetkinlər, məhbus həyatı yaşamış, zərərli vərdişləri olmuş insanları cəmiyyətə qaytarmaq, onlar üçün iş şəraiti yaratmaq lazımdır, kimsəni qınamadan, özünü də onun yerinə qoymaq lazımdır. Cəmiyyətin xilası üçün hamı birlikdə çalışmalıdır".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 958   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İşlədiyi bağçanın həyətindən meyiti tapıldı

Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırm

9 may
.

Pensiyaçılar üçün endirim barkodu artıq "mygov" mobil tətbiqindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə yaradılmış "Sosial Tərəfdaş" layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiy

8 may
.

Aparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH

Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları

8 may
.

Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub. "Yeni Sabah"ın xəbərinə görə ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxsləri

9 may
.

İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı:. "İlk növbədə, sizi doğm

9 may
.

Şahlar Vəliyev vəzifəsindən azad olundu (FOTO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb. Məlumata görə, "1

8 may
.

Şabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm

7 may
.

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy

8 may
.

"Pullarınızın oğurlanmasını istəmirsizsə, mürəkkəb şifrələrdən istifadə edin" - HÜQUQŞÜNAS

Son illərdə texnologiyanın sürətli inkişafı ilə yanaşı kibercinayətlərin sayı da ciddi şəkildə artıb. Sosial şəbəkələrin, internet bankçılığının və onlayn alış-veriş platformalarının geniş yayılması vətəndaşların şəxsi məlumatlarının oğurlanması, dələduzluq və kibertəhdidlərlə üz-üzə qalmasına səbə

8 may