Manaf Ağayevlə Füzuliyə gedən "AA" seriyalı avtomobil "tender kralı"nın imiş - Qalib olduğu tenderlərin SİYAHISI

Manaf Ağayevlə Füzuliyə gedən "AA" seriyalı avtomobil "tender kralı"nın imiş - Qalib olduğu tenderlərin SİYAHISIMüğənni Manaf Ağayev qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə getdiyi avtomobil məşhur iş adamına məxsusdur.

Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, manset.az-ın yazdığına görə 10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil "MSDIS Holdıng" MMC-nin prezidenti Sənan Hüseynova məxsusdur. O, Manaf Ağayevin yaxın dostudur.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər nazirliyi məlumat yayıb. DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov manset.az-a açıqlamasında həmin şəxsin icazə əsasında Füzuliyə getdiyini bildirib: "Həmin 10-AA-307 nömrəli maşının icazəsi olub. Ona görə də o həbs olunmayıb. O Füzuliyə qanuni gedib".

Qlobal.az isə xəbər verir ki, Sənan Hüseynovun rəhbəri olduğu "MSDIS Holdıng" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan edilən təşkilatlardandır.

"MSDIS Holdıng" MMC əsasən "yolların əsaslı təmiri" lotu üzrə sifariş olunan dövlət satınalamaları üzrə qalib olur.

2021-ci ildə təşkilat sözügedən lot üzrə xeyli sayda tenderin qalibi olub.

"MSDIS Holdıng" MMC-nin ötən il qalib olduğu tenderlərin bir qisminin siyahısını təqdim edirik:

1. Xırdalan şəhərində abadlıq işləri
1.362.482 AZN - 22.05.2021

2. Abşeron rayonu, Novxanı qəsəbəsi,
Bağlar ərazisində "Azərişıq" ASC-yə məxsus2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttininbir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işlərinin satın alınması
116.489 AZN - 26.04.2021

3. Sumqayıt şəhərində "Karvan yolu" küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri
277.715 AZN - 25.05.2021

4. Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması
2.020.503 AZN - 01.06.2021

5. Zaqatala rayonunda yolların əsaslı təmiri
542.113 AZN - 03.06.2021

6. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satınalınması (II hissə)
447.134 AZN - 08.08.2021

7. Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması
442.448 AZN - 07.07.2021

8. Qəbələ rayonunda mənzil fonduna aid olan yaşayış binalarının əsaslı təmiri
164.127 AZN - 14.07.2021

9. Sumqayıt şəhərində küçə və prospektlərə yol cizgilərinin çəkilməsi
293.230 AZN - 26.07.2021

10. Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının fasadlarının və girişlərinin təmiri işləri
1.037.999 AZN - 30.07.2021

11. Sumqayıt şəhərində yaşayış binalarının əsaslı təmiri
787.700 AZN - 02.08.2021

12. Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması
130.127 AZN - 05.08.2021

13. Qəbələ rayonunda yolların təmiri

355.982 AZN - 11.08.2021

14. Abşeron rayonunda yolların təmiri
164.995 AZN - 03.09.2021

15. Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması
693.320 AZN - 10.09.2021

16. Sumqayıt şəhər Corat qəsəbəsində H.Salayev, M.Əliyev, Kərbalayi Zöhrab küçələrinin asfalt-beton işləri üzrə təmiri
61.642 AZN - 15.09.2021

17. Küçə işıqlarının təmiri işlərinin satın alınması
137.521 AZN - 06.10.2021

18. Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri
708.293 AZN - 18.10.2021

19. Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması
278.851 AZN - 22.10.2021

20. Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması
1.126.797 AZN - 22.10.2021

21. Mollamuhuma Eminov küçəsində dalan, Xalqlar Dostluğu küçəsində, Göyəm küçəsi, döngə 1-də yolların əsaslı təmiri
55.861 AZN - 22.11.2021

22. Yolların təmiri işlərinin satın alınması ( II hissə)
59.917 AZN - 09.12.2021


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4868   Tarix: 20 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr