Türkiyədən Azərbaycana 259 minlik brilyant daşlar gizli yolla necə gətirilib? — TƏFƏRRÜAT
Türkiyədən Azərbaycana gizli yolla brilyant gətirən Rüstəm İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Araşdırmalar zamanı məlum olub ki, Rüstəm həmin brilyant daşları həm özü, həm də tanışının adına sifariş verdiyi geyim əşyalarının arasında gizlədibmiş.
Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Rüstəm İbrahimov uzun müddət Bakıda qızıl alışı və satışı ilə məşğul olub. Sonra tanış olduğu Dior adlı şəxslə belə bir plan qurublar. Özbəkistan vətəndaşı olan Dior Rüstəmin müştərisi olub və uzun müddət ondan alış-veriş edib.
Rüstəmin ifadəsindən məlum olub ki, pandemiya ilə əlaqədar işlər zəifləyəndə Diorun da ona borcu yaranıb. Buna görə də Dior 20 min dollarlıq borcuna görə ona brilyant göndərməyə razılaşıb.
Dior əvvəlcə brilyantı Türkiyəyə gətirib. Oradan isə Rüstəmin sifariş verdiyi iki ayrı bağlamanın içərisinə yerləşdirib. İdman ayaqqabısının və geyim əşyasının içərisinə qoyulan brilyant daşların ümumi dəyəri 259 min manatdan çox olub.
Rüstəm yalnız borcunun qarşılığında həmin brilyantları qəbul etdiyini desə də, ona göndərilən malın ümumi dəyəri bunun əksini deyir.
Hər iki bağlamanı "Smart Customs" proqramı ilə "ayaqqabı və köynəklər" kimi bəyan edərək Azərbaycana gətirilməsinə nail olan Rüstəm, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Poçt Göndərişləri" gömrük postunda "ilişib". Gömrük baxışı zamanı brilyant qaşlar aşkar edilərək götürülüb.
Bundan sonra Rüstəm və adına mal sifariş verdiyi dostu Cəmil də idarəyə çağırılıb. Cəmil baş verənlərdən xəbərsiz olduğunu deyib. Rüstəm də bildirib ki, Cəmilin bundan xəbəri olmayıb və dost kimi ondan adına mal sifariş verməyi xahiş edib. Cəmil də onun xahişini yerinə yetirib.
Araşdırmalar zamanı Rüstəmin bu əməli Cəmillə yox Dior adlı şəxslə törətdiyi müəyyən edilib və ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Dövlət Gömrük Komitəsi mülki iddia qaldıraraq qeyd edilən brilyantın ölkəyə gətirilməsinə görə ödənilməli olan məbləğ təqsirləndirilən şəxsdən tutulmalıdır. Məhkəmə 33445 manatlıq mülki iddianı təmin edib. Həmin məbləğ Rüstəm İbrahimovdan tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin qərarına əsasən qeyd edilən məbləğ ödənildikdən sonra brilyant daşlar R.İbrahimova qaytarılmalıdır.
Hökmə əsasən R.İbrahimovun himayəsində 3 uşağının olması, əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona şərti cəza verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1627 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr