Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi FOTO/VİDEO
Fevralın 19-da Əməkdar artist, mərhum Novruz Qartalın 40 mərasimi keçirilib. Amma aktyorun işlədiyi Musiqili Teatrdan bir adam da mərhumun 40 mərasiminə qatılmayıb.
Bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib. Zərqələm Əliyeva bunu Novruz Qartalın sənətinə hörmətsizlik kimi dəyərləndirib:
"Mənə teatrdan bir neçə gün qabaq zəng edib kollektivin mərasimdə iştirak edəcəyini bildirdilər. Mən də hazırlıq gördüm, amma o boyda teatrdan bir adam Novruzun sənətini qiymətləndirmədi, heç biri mərasimə gəlmədi. Elə bil ürəyimə dammışdı. Zəng edib maraqlananda dedilər ki, rəhbərlik Gəncəyə getmək üçün avtobus təşkil edib, amma kollektivin biri də gələməyib. Bu sözlərlə rəhbərliyi müdafiə edirlər. Rəhbərlik avtobus təşkil edirsə, kimin nə ixtiyarı var ona etiraz etsin? Ayıbdır. Bu çətin zamanda adamı xərcə salarlar? Sizə yalvaran yoxdur ki! Nə deyin, nə də gəlin".
Zərqələm Əliyeva Novruz Qartalın qəbirüstü abidəsinin hazır olduğunu bildirib:
"Qohum, dost-tanış getdik, ziyarət etdik. Teatrın Novruza olan münasibətini bütün Gəncə gördü. Bir adam qəbrinin üstünə gəlmədi. Novruza Xalq artisti fəxri adını, evini verdirmədin, onun haqqını yediniz. Əmin olun ki, bunun cavabını verəcəksiniz. Teatrın direktoru Əliqismət Lalayev Novruz öləndən bir dəfə də olsun mənim qapımdan girib başsağlığı verməyib. 7 günü gəlib camaatla oturub, ordan da çıxıb gedib. Məni çağırıb demədi ki, ömrünü bu teatrda qoyan aktyora Allah rəhmət eləsin. Neyləyib, Novruz sənə? Ondan nəyin qisasını alırsan? Buna görə cavab verəcəksiniz".



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1740 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr