"Mehriban xanım, ilk növbədə, böyük humanist şəxsiyyətdir" - Aydın Hüseynov

"Mehriban xanım, ilk növbədə, böyük humanist şəxsiyyətdir" - Aydın Hüseynov"Mehriban xanım Əliyeva Birinci Vitse-prezident vəzifəsində səmərəli fəaliyyəti ilə xalqın dərin etimadını qazanıb".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Mehriban xanım Əliyevanın 2017-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin olunması ilə əlaqədar tarixi hadisəni şərh edərkən söyləyib.

O bildirib ki, Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı olaraq müstəqil, güclü və sabit Azərbaycanın sütunlarını daha da möhkəmləndirmək uğrunda tükənməz əmək sərf edən qadın liderdir:

"Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva ötən illər ərzində ölkəmizin quruculuq tarixində öz dəst-xətti və imzası olan şəxsiyyətdir. O, böyük humanizmi, xeyirxah əməlləri və qayğıkeşliyi ilə hər bir Azərbaycan vətəndaşının ürəyinə yol tapmışdır. Onun həm də Azərbaycanın ictimai-mədəni intibahında oynadığı misilsiz rolun hüdudları çox genişdir. Həmçinin, xarici ölkələrdə çoxşaxəli zəngin humanitar missiyası ilə şöhrət qazanmışdır. Statusuna görə də yetərincə nüfuzlu ictimai-siyasi xadim kimi onun dövlətimizin inkişafında misilsiz xidmətləri var. Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi olduqca məsuliyyətli vəzifəni daşıyan Mehriban xanım ictimai fəaliyyəti ilə ölkəmizin siyasi həyatına yeni rəngarənglik gətirmişdir. Onun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi də bu əvəzsiz xidmətlər verilən ən böyük dəyər idi".

A.Hüseynov qeyd edib ki, cəmiyyətimiz Mehriban xanım Əliyevanı humanist, xeyriyyəçi, nüfuzlu ictimai-siyasi xadim kimi tanıyır:

"Mehriban xanım, ilk növbədə, böyük humanist şəxsiyyətdir. Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülən bu təşəbbüs geniş ictimai dəstək qazanıb. Çünki amnistiya aktı qanunverici tərəfindən ifadə olunan humanizm və mərhəmət hissinin mücəssəməsidir. O, hələ Milli Məclisin deputatı seçildiyi gündən Azərbaycan dövlətçiliyinin – milli müstəqilliyinin qorunmasına, ölkəmizin ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin inkişafına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən qərar və qanunların qəbul olunması üçün mühüm təşəbbüslərlə çıxış etmiş, müstəqil Azərbaycanın müasir mənzərəsinin daha da zənginləşməsində müstəsna rol oynamışdır".

Millət vəkilinin sözlərinə görə, Mehriban Əliyeva nəcib və xeyirxah insan kimi genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülüb:

"Azərbaycanda xeyriyyəçilik və mesenatlıq ideyalarının bərqərar edilməsinə, Azərbaycan xalqının şifahi ədəbi və musiqi irsinin qorunub saxlanmasına və inkişafına, yetim uşaqlara, qaçqınlara, xəstələrə yardım üzrə genişmiqyaslı aksiyalara yönəldilmiş fəaliyyəti dünya miqyasında böyük əks-səda doğurmuşdur. Azərbaycanın Birinci xanımı Avropada Olimpiya hərəkatına verdiyi töhfəyə görə də, yüksək mükafatla təltif olunub. 2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordeni ilə təltif edilmişdir. 2009-cu ildə "Heydər Əliyev mükafatı"na, 2015-ci ildə "Heydər Əliyev" ordeninə layiq görülməsi də onun çoxşaxəli fəaliyyətinə verilən ali qiymətin ifadəsidir. Çoxşaxəli zəngin fəaliyyəti ilə xalqın tükənməz sevgisini qazanan Mehriban Əliyevanın ölkəmizdə mühüm dövlət postuna - Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsindən sonra Cənab Prezidentin həyata keçirdiyi müdrik və uğurlu siyasi xətt daha da möhkəmlənmişdir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident postunda ümummilli məqsədlərə xidmət edən ardıcıl və səmərəli fəaliyyətini daha da qətiyyətlə davam etdirərək, xalqın sonsuz inam və etimadını doğrultmağa müvəffəq olubdur. Biricni vitse-prezident kimi Mehriban xanımın dövlət aparatının daha səmərəli işləməsində, qərarların daha yaxşı icra olunmasında böyük xidməti var. Onun bu fəaliyyəti dövlət aparatının nüfuzunu artırır, yüksək idarəetməni təmin edir və hakimiyyətin ictimai dayaqlarının daha möhkəm olmasına xidmət edir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir. Hər zaman olduğu kimi Mehriban xanım hazırda Cənab Prezidentlə birgə Azərbaycanın qürurverici yeni tarixinə öz zəngin imzasını atmaqdadır. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Ali Baş Komandan və Onun Müzəffər Ordusunun məğrur dayandığı işğaldan azad edilmiş torpaqlarımıza baş çəkir, davamlı səfərlər zamanı aparılan bərpa və quruculuq işləri ilə birbaşa tanış olur, mühüm obyektlərin təməlini atır, tarixi torpaqlarımızın dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın tarixi simasının özünə qaytarılmasında və azad edilmiş ərazilərimizin sürətli quruculuğunda fədalarlığını əsirgəmir".

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 881   Tarix: 21 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr