Ermənistan parlamenti Şuşa Bəyannaməsinə qarşı çıxmağa cəsarət etmədi
Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası müxalifət tərəfindən irəli sürülən - Şuşa Bəyannaməsi ilə bağlı anti-Türkiyə və anti-Azərbaycan mahiyyəti daşıyan bəyanatı qəbul etməyib.
Fevralın 23-də Ermənistan parlamentində "Ermənistan" blokunun irəli sürdüyü Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə bağlı bəyanat müzakirəyə çıxarılıb. Bəyanatın müəllifi Andranik Tevanyan adlı deputat olub.
Bəyanatda Şuşa Bəyannaməsinin Ermənistan üçün qəbuledilməz olduğu vurğulanıb. Lakin erməni müxalifətinin bəyanat qəbul etmək istəyi parlamentdə qəbul edilməyib. Hakim "Vətəndaş sazişi" Partiyasının (Nikol Paşinyanın rəhbərlik etdiyi) üzvləri buna əngəl olublar.
Erməni müxalifəti bu addımı qəzəblə qarşlayıb. Belə ki, bunun Qarabağın Azərbaycanın olması, Zəngəzur dəhlizinin açılması faktının qəbulu kimi qiymətləndirib.
Bəyanatı irəli sürən Andranik Tevanyan isə məsələyə bu cür reaksiya verib:
"Mən gözləmirdim ki, Türkiyə yönümlü siyasət hakim fraksiya tərəfindən bu cür açıq şəkildə alqışlanacaq".
Ermənistan müxalifətinin bu cür revanşist ruhda çıxışlarının daxili auditoriyaya yönəlməsi fakt olaraq qalmaqdadır. Ermənistan iqtidarının və ya müxalifətinin hazırkı geosiyasi reallıqlar şəraitində Azərbaycanın maraqlarına qarşı çıxmağa cəhd göstərmək iqtidarında belə olmadığı bəllidir. Belə olan halda isə Ermənistan parlamentində Şuşa Bəyannaməsi ilə bağlı müzakirələr sadəcə şou xarakteri daşıyır. İndiki halda erməni müxalifəti reallıqdan kənar çıxışlar etməyi özünə rəva bilsə belə, iqtidar Azərbaycana qarşı hər hansı təxribat xarakterli addımların mümkün nəticələrindən qorxaraq qərar verməyə məcburdur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1423 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr