Onun gizli milyonları üzə çıxdı
Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın adı SuisseSecrets beynəlxalq jurnalist araşdırmasında yer alıb.
Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, beynəlxalq araşdırma jurnalistika təşkilatı - SuisseSecrets-ə sızdırılan məlumatda bildirilir ki, Ermənistan vətəndaşlarının və ya Ermənistanla əlaqəli şəxslərin sayı 500-ə, bank hesablarının sayı isə 400-ə yaxındır. Bu şəxslər arasında Armen Sarkisyan və onun ailə üzvləri də var. A.Sarkisyan və bacısı Karine Sarkisyanın İsveçrənin Credit Suisse bankında 10 milyondan çox İsveçrə frankı var və bu hesab 2006-cı ildən fəaliyyət göstərir. 2016-cı ilə qədər bank tərəfindən onlara xidmət göstərilib. İsveçrə bankında hesabın olması cinayət deyil, amma prezident həmin hesabdakı pulları bəyan etməyib.
2013-cü il sentyabrın 27-də Armen Sarkisyan Böyük Britaniyada səfir təyin edilib. O, vəzifəyə təyin olunduğu andan qanuna görə "bəyannamə təqdim etməyə borclu olan şəxs" olub. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olunan bəyannamələri təhlil etdikdə məlum olur ki, istər vəzifəyə başlama bəyannaməsində (2013), istərsə də 2014, 2015, 2016-cı illərin illik bəyannamələrində keçmiş prezident yuxarıda göstərilən vəsaitləri göstərməyib.
Hetq.am beynəlxalq tərəfdaşları ilə birlikdə Armen Sarkisyandan bu pulların mənşəyi və niyə bəyan etməməsi ilə bağlı açıqlama verməsini xahiş edib. Sualları əhəmiyyətsiz hesab edən Sarkisyan buna baxmayaraq deyib ki, həmin illərdə o, əvəzsiz olaraq səfir vəzifəsində çalışıb, hətta Ermənistanın Böyük Britaniyada səfirliyinin açılmasına öz pulunu xərcləyib və qaydaların məmurları məcburiyyət qarşısında qoyması ona aydın deyil. Nümunə kimi o, öz gəlirini bəyan etməyən Çarlz Aznavurun adını çəkib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1995 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr