70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi

70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildiKulis.az Gənc Tamaşaçılar teatrının aktrisası Məsumə Babayeva haqqında maraqlı faktları təqdim edib.

Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabili olub.

1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb.

Aktrisa Azərbaycan Televiziyasında "Ürək rahatlıq sevmir" və "Deyin, Həyat haradadır?" kimi televiziya tamaşalarında modelyer və Həyat rollarına çəkilib.

O, "Qovğalı kəndinin gecələri", "Günaydın, mələyim!", "Qocalar", "Xəyallar gündəliyi", "İstanbul reysi", "Bir ovuc torpaq", "İki ömür" filmlərinə çəkilib.

Teatrda işlədiyi dövrlərdə rəhmətlik aktrisa Xuraman Hacıyeva ilə yaxın dost olublar. Onlar teatra eyni vaxtda gəliblər. Onların arasını nə qədər vurmağa çalışsalar da, hər iki aktrisa dostluqlarını qoruyub saxlamağı bacarıb.

Aktrisanın ailə həyatından Ülviyyə adlı qızı, Pərvin adlı oğlu dünyaya gəlir. Yoldaşını erkən itirən aktrisa bütün ümidlərini övladlarına bağlayır. Onların yaxşı oxuması, təhsil alması üçün əlindən gələni edir. Aktrisanın qızı ailə həyatı qurandan sonra bir uşağı olur. Ancaq tale elə gətirir ki, aktrisa həm oğlu Pərvini, həm də nəvəsini itirir.

2009-cu ildə aktrisanın 25 yaşlı oğlu Pərvin Abbasov özünü yaşadığı evin çilçırağından asaraq intihar edir. Aktrisanın sözlərinə görə, oğlu ruhi xəstə olub, şizofreniyadan əziyyət çəkib:

"Onu həmişə qoruyurdum, amma saxlaya bilmədim. Kaş ki, mən onu tək qoymazdım, kaş inanmazdım ki, işə gedir. Həmişə deyirdi ki, 25 yaşında öləcəm. Mən ona inanmırdım ki, belə bir şey olsun. 25 yaşında belə bir hadisə baş verdi. Oğlumun özünü asmasını, yoldaşımın ölməyini əvvəlcədən bilmədim. Bəli, çox çətin günlər keçirdim. Elə anda dostların, yoldaşların bir kəlmə sözləri mənə mənəvi qida idi. Düzdür, elə insanlar oldu ki, mənim yıxılmağımı istədilər. O çətin günlərdən mən təkbaşına, özüm çıxmışam. Elə gün olub ki, özümü öldürmək də istəmişəm, amma kimsə gəlib bir anda qarşımda dayanıb".

Bir müddət sonra isə aktrisanın qızı və nəvəsi yolu keçərkən onları maşın vurur. Aktrisanın nəvəsi yeddi gündən sonra dünyasını dəyişir, qızı isə sağ qalır. Qəribədir ki, Məsumə xanımın nəvəsi şəkil çəkərkən yolu keçən ana və bala rəsmi çəkir. Nənəsinə isə deyir:

"Nəvəm dedi ki, nənə, maşın gəlir, ana və mən keçirik, maşın bizi vurur. Dedim ver, mən çəkim, aldı əlimdən özü xətt elədi dedi ki, bu bizik. Yuxuda da gördüm ki, başqasını maşın vurur. Oğlum həmişə deyirdi ki, mən rəhmətə getsəm, qız da rəhmətə gedəcək. Onlar dayı bala bir-birinə bağlı idilər".

Aktrisanın qızının birinci ailəsi dağılır. O, sonradan 2014-cü ildə ikinci dəfə ailə həyatı qurur. Bu evlilikdən onun daha bir qız övladı dünyaya gəlir.

Aktrisa teatrda işlədiyi müddətdə onun paxıllığını çəkənlər, ona qarşı pislik edənlər də çox olub. O, bu barədə müsahibələrinin birində deyir:

"Teatrda vaxtilə o qədər çəkişmələr olub ki, gəl görəsən. Teatra yeni gəlmişdim, elə bilirdilər ki, ağır rolları oynaya bilmərəm. Görəndə ki, işimin öhdəsindən asanlıqla gəlirəm, bu zaman paxıllıqlar başladı. Elə olub ki, rolu mənə veriblər, səhnəyə çıxmağıma dəqiqələr qalmış məni digər aktrisa itələyib, yerimdə durub. Mən də səssiz-səmirsiz gəlib otağımda ağlamışam. Vaxtilə bizi belə sıxışdırıblar. O aktrisa artıq həyatda yoxdur, rəhmətə gedib. Sonralar həmin aktrisa ilə münasibət olduğu kimi qalırdı. Amma mən o insanla ehtiyatlı davranırdım. Çünki bilirdim ki, o hər an mənə pislik edə bilər".

Hazırda Gənc Tamaşaçılar teatrında çalışan aktrisanın 70 yaşı var. "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, "Sənətkar" medalı və "Tərəqqi" medalı ilə təltif edilib.
70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2091   Tarix: 21 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr