Azərbaycan və Rusiya arasında razılaşmalar imzalanıb - FOTO

Azərbaycan və Rusiya arasında razılaşmalar imzalanıb - FOTOBakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Rusiya Federasiyasının Udmurtiya Respublikasının İnkişaf Korporasiyasının birgə təşkilatçılığı ilə biznes forum keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, tədbirdə Azərbaycan və Udmurtiyanın rəsmi şəxsləri ilə yanaşı, qida sənayesi, mebel, dəmir yolu avadanlıqları istehsalı və digər sahələr üzrə ixtisaslaşmış 50-dək şirkətin, həmçinin ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Biznes forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin digər istiqamətlərdə olduğu kimi, iqtisadi sahədə də yüksək səviyyədə olduğunu, Rusiyanın regionları ilə işgüzar münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb, ölkəmizdə iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı tədbirləri barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin böyük maraq göstərdiyini vurğulayıb.

Udmurtiya Respublikası Hökumətinin sədr müavini Mixail Xomiç Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, tərəfdaşlığın gücləndirməsində iş adamları arasında əlaqələrin əhəmiyyətindən bəhs edib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOBİA-nın iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstəyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Biznes forumda Udmurtiya şirkətlərinin fəaliyyətinə dair təqdimatlar dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbir çərçivəsində AZPROMO və Udmurtiyanın İnkişaf Korporasiyası, həmçinin "Udmurtiya "Dostluq" Azərbaycan İctimai Mərkəzi" Regional İctimai Təşkilatı və Azərbaycanın Rus İcması arasında əməkdaşlığa dair razılaşmalar imzalanıb.
Azərbaycan və Rusiya arasında razılaşmalar imzalanıb - FOTOAzərbaycan və Rusiya arasında razılaşmalar imzalanıb - FOTOAzərbaycan və Rusiya arasında razılaşmalar imzalanıb - FOTOAzərbaycan və Rusiya arasında razılaşmalar imzalanıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1368   Tarix: 21 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

3 iyul
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul