Zərərçəkmiş: "Qızılları götürmək istəyəndə dedilər ki, Maqsud Mahmudov onları götürüb Ukraynaya qaçıb"
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş Rəna Soltanova bildirib ki, 2019-cu ildə Lökbatan qəsəbəsində yerləşən lombarda qızıl-zinət əşyaları qoyub. Bir müddət sonra yaranmış problemlə bağlı qızıllarının yarısını ala bilməyib.
Zərərçəkmiş şəxsin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət yaranıb. Belə ki, R.Soltanova əvvəlki ifadəsində lombarda qoyduğu qızılların hamısını götürdüyünü deyib.
Daha sonra zərərçəkmiş Nazlı Şəbiyeva dindirilib. N.Şəbiyevanın sözlərinə görə, 2019-cu ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala bilib:
"Lökbatanda yerləşən lombarda 500 manatlıq qızıl qoymuşdum. Bir müddət sonra pulu ödəyib qızıllarımı götürmək istəyəndə dedilər ki, Maqsud Mahmudov qızılları götürüb Ukraynaya qaçıb. Digər zərərçəkmişlər kimi mən də şikayət etdim. Ötən ay isə qızıllarımı ala bildim. Hazırda heç bir şikayət və tələbim yoxdur".
Məhkəməyə ifadə verən digər zərərçəkmiş şəxslər də hüquq-mühafizə orqanlarına etdikləri şikayətdən sonra qızıllarını geri aldıqlarını bildiriblər.
Proses fevralın 22-də davam etdiriləcək.
Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1802 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr