Saleh Məmmədov 1 ailənin öldüyü qəza haqqında: "Adi qəzadır, milli faciəyə çevirməyin!"
"Quba yolunda baş verən faciə mənə pis təsir edir. Amma mətbuat işçiləri gün ərzində avtomobil yollarında baş verən qəzaların sayını bilsələr anlayarlar ki, bu qəza da onlardan biridir".
Bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, mətbuat işçilərinə bu hadisəni ümumrespublika matəminə çevirməyi tövsiyə etmirəm:
"Layihələndirməyə uyğun olaraq hadisə baş verən həmin yolda yol nişanları quraşdırılıb. Əvvəlcədən yolda döngə və nahamar olduğuna dair, təmir işlərinin getdiyini göstərən işarələr var. Hər bir yoldan istifadə edən sürücü o yolda qoyulan yol nişanlarına, sürət həddinə riayət etsə qəza olmaz. Bəlkə də həmin sürücü fikirli olub, bu səbəbdən də qəza baş verib. Həmin faciə də o ailədə iki gün öncə baş verən hadisənin təəssüratlarının özündə əks olunmasından olub".
Agentlik sədri qeyd edib ki, ümumiyyətlə həmin ərazidə yolda dalğavari heç nə yoxdur:
"Ora körpüyə yaxınlaşma yolu olub və çökmə baş verib. Həmin yol Bakı - Sumqayıt dairəvi yoludur. Ora əvvəlcə yük maşınlarının hərəkəti üçün nəzərdə tutulan yol olub. Həmin yol 1984-1986-cı illərdə çəkilib. 2008-ci ildə o yol investisiya xərcləri hesabına rekonstruksiya edilib. Həmin yolda üç zolaqlıdan iki zolaqlıya keçmə barədə nişan qoyulub".
"Ümumiyyətlə Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır. Quba yolunun yenidən beton yol kimi bərpası üçün böyük vəsait tələb olunur. Çalışırıq ki, yolu yararsızlıqdan yararlı şəkilə gətirək. Prezidentin sərəncamına əsasən hazırda Quba yoluna alternativ yol çəkilir. Cari ilin sonuna yolun təhvil verilməsi gözlənilir"./azxeber.com
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2184 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr