Stalini İrana aparan vaqon Bakı deposunda: O nələrə şahidlik edib? - FOTOREPORTAJ
Dünya tarixinin şahidi olan bu vaqon təhlükəsizlik üçün nəzərdə tutulmuşdu. Vaqondan ilk dəfə 1943-ci ildə - müharibənin qızğın çağında "Tehran konfransı" zamanı istifadə olunmuşdu. Bəzi tarixçilər qeyd edirlər ki, Stalin Tehrana birbaşa təyyarə ilə uçub.
Amma son dövrlərdə açılan rus arxivlərindən bəlli olur ki, Stalinin marşrut qrafiki başqa olub. Deməli, Stalin təyyarə ilə Bakıya gəlir. Bakıya gəldikdən sonra bir gün Mir Cəfər Bağırovun qonağı olur. Stalinin təhlükəsizliyini təmin etmək məqsədilə təyyarənin biri eyni vaxtda Tehranda düşür. Stalin isə sözügedən vaqonla İrana keçir.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, həmin vaqonda Stalin, Beriya və Bağırovun üçlü görüşü baş tutur. Görüşdə Tudə partiyasının yenidən aktivləşdirilməsi də gündəmə gəlir.
Bu vaqonla bağlı digər bir məqam Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasıyla bağlıdır.
Məsələn, axırıncı dəfə 1947-ci ildə Bağırovla Üzeyir bəy (Üzeyir Hacıbəyli) həmin vaqonda Moskvaya getmişdi.
Niyazi xatirələrində qeyd edir ki, Bağırovla Üzeyir bəy çox yaxın olublar. Mir Cəfər onu satqın ziyalılardan qoruya bilmişdi.
Xatirələrdə həmçinin o da qeyd olunur ki, söhbət zamanı Bağırov Üzeyir bəydən qardaşı Ceyhun haqqında soruşur. "Sən Ceyhunla yazışırsanmı?" sualına Üzeyir bəy KQB nəzarətində bunun mümkün olmadığını deyir. Bağırov isə öz kanalları vasitəsilə Ceyhun haqqında məlumat öyrənə biləcəyini bildirir. Bir sözlə, bu vaqon belə məhrəm söhbətlərin şahidi olub.
Üçüncü əlamətdar hadisə odur ki, sözügedən vaqonda Bağırovun Seyid Cəfər Pişəvəri, Padiqan və İlhami ilə gizli görüşü olub. Bu görüş cənub hərəkatının süqutu ərəfəsində baş tutmuşdu.
Vaqon Xruşşov (Nikita Xruşşov- Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi) dönəminə qədər Mərkəzi komitənin birinci katiblərinin şəxsi təhlükəsizlik vaqonu kimi istifadə olunub.
Sonxeber.az məşhur vaqonun fotolarını təqdim edir:
Qeyd: Fotolarını təqdim etdiyimiz vaqon haqqında məlumatlar isə tədqiqatçı Adıgözəl Məmmədovun "M. C. Bağırov Siyasi Portret" kitabından götürülüb.



















Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1340 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir
Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb
29 oktyabrErmənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu
Ermənistan parlamentinin keçmiş spikeri Artur Bağdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub. Bizim.Media xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Məcburi İcra Xidməti bu barədə məlumat yayıb. Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarı ilə Bağdasaryanın və onunl
28 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
28 oktyabrİsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabrQlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28 oktyabrErmənistanda növbədənkənar seçkilər gündəmə gəldi
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəy
28 oktyabrTanınmış aktyor vəfat etdi
Britaniyalı aktyor Ser Patrik Stüart, "Star Trek: The Next Generation" filmində Kapitan Jan-Luk Pikard və "X-Men" film seriyasında Professor Çarlz Ksavye rolları ilə daha çox tanınan aktyor Ser Patrik Stüart 86 yaşında vəfat edib. O, oktyabrın 28-də Los-Ancelesdəki evində vəfat edib
30 oktyabrOman sahillərində Hörmüz boğazında gəmi yanğına uğrayıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindəki Hörmüz boğazında gəmidə yanğın baş verdiyini bildirib. xəbər verir ki, departamentin veb saytında dərc olunmuş açıqlamada deyilir: "UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadis
30 oktyabr