ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırdı – Minsk vurulacaq?

ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırdı – Minsk vurulacaq?ABŞ Dövlət Departamenti Belarusla bağlı vətəndaşlarına çağırış edib. xəbər verir ki. ABŞ-ın Minskdəki səfirliyinin bəyanatında deyilir ki, Dövlət Departamenti vətəndaşlara Belarusu dərhal tərk etməyi tövsiyə edir.
- Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edir və Belarusdakı ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır, – səfirliyin "Twitter" səhifəsində yazılıb.

Taliban Əfqanıstan vətəndaşlarını Ukraynadan çıxarmağı planlaşdırır
Qeyd olunur ki, Minsk hava limanı vasitəsilə müəyyən beynəlxalq istiqamətlərdə ölkəni tərk etmək olar, Litva, Latviya və Polşa ilə quru sərhədləri açıqdır və adi rejimdə işləyir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2455   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30 oktyabr
.

G20 ölkələrinin xarici işlər nazirləri ABŞ-də toplaşıb - Qlobal iqtisadiyyat və təhlükəsizlik müzakirə olunur

Dünyanın aparıcı iqtisadiyyatlarını birləşdirən G20 ölkələrinin xarici işlər nazirləri ABŞ-nin Corciya ştatının Atlanta şəhərində iki günlük görüşə başlayıblar. Oktyabrın 30-31-də keçirilən toplantıda qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi, beynəlxalq ticarət və təchizat zəncirlərinin dayanıqlılığ

30 oktyabr
.

ABŞ-İran müharibəsində yeni gərginlik: Danışıqlar davam edir, hərbi əməliyyat təhlükəsi qalır

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik danışıqlar intensivləşsə də, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin pozulması, İranın nüvə proqramı və Vaşinqtonun hərbi təzyiqləri regionda vəziyyəti daha da mürəkkəbləşdirir. "Reuters"i

30 oktyabr
.

Şimali Koreya Cənubi Koreya ilə sərhədini niyə möhkəmləndirir?

Şimali Koreya Cənubi Koreya ilə sərhəd boyunca hərbi və mühəndis infrastrukturu gücləndirmək istiqamətində addımlarını davam etdirir. Pxenyanın sərhəd ərazilərində yeni istehkamlar qurması və müdafiə xətlərini möhkəmləndirməsi Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır

30 oktyabr
.

Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var

Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha

29 oktyabr
.

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atdı

Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, məlumatda deyilir ki, "Şimali Koreya Şərq dənizinə naməlum mərmi atıb". Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışın

29 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr
.

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefo

29 oktyabr
.

Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirdi - Ölənlər və yaralananlar var

Rusiya ordusu oktyabrın 30-na keçən gecə Ukraynanın bir sıra şəhər və vilayətlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirib. "The Kyiv Independent" nəşrinin məlumatına görə, son 24 saat ərzində Rusiyanın hücumları nəticəsində Ukraynada azı 27 nəfə

30 oktyabr