Ukraynada yaşayan soydaşlarımıza müraciət edildi
Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib.
Sonxeber.az Komitəyə istinadən xəbər verir ki, müraciətə əsasən Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVİD-19 pasportunu (COVİD-19-a qarşı tam peyvənd olunmasını və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVİD-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Qeyd edək ki, Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.
Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1149 Tarix: 26 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI
Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd
18 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021