Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB + FOTO/VİDEO
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
Oxu.Az xəbər verir ki, Antalya şəhərinin Belek rayonundakı "Regnum Carya" hotelində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.
11:19
Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
10:58
Bu gün Antalya şəhərində baş tutacaq Türkiyə-Ukrayna-Rusiya XİN rəhbərlərinin görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitro Kuleba ilə ikitərəfli görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün şəxsi "Facebook" hesabında məlumat verib.

10:52
Rusiya-Ukrayna müharibəsi davam edərkən Türkiyə kritik görüşə ev sahibliyi edəcək.
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Diplomatiya Forumu çərçivəsində Antalyada görüşəcəklər.
Bu, hər iki ölkənin XİN rəhbərlərinin müharibə başlayandan bəri ilk görüşü olacaq.
Görüşdən sonra Kuleba mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli formatda sülh danışıqları Türkiyə vaxtı ilə saat 11.00-da (Bakı vaxtı ilə saat 12.00) keçiriləcək.
Rusiya və Ukrayna nümayəndə heyətləri bu iclasdan kənar görüşməyəcək və ayrı-ayrı hotellərdə qalacaqlar.
Mənbə: Haber Global
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2019 Tarix: 10 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr