Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli yolunu açıqlayıb
Rəsmi Moskva və Kiyev münaqişəni yalnız iki ölkə prezidentləri arasında birbaşa dialoq yolu ilə həll edə bilər.
Sonxeber.az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BİLD qəzetinə müsahibəsində bildirib.
"Məsələ mənim nəyə gedə biləcəyimdə deyil. Hər danışıqda məqsədim Rusiya ilə müharibəni bitirməkdir. Mən də müəyyən addımlar atmağa hazıram. Güzəştə getmək olar, amma bunlar mənim ölkəmə xəyanət olmamalıdır. Qarşı tərəf də güzəştə getməyə hazır olmalıdır, ona görə də onlara kompromislər deyilir.
Biz vəziyyətdən yalnız belə çıxa bilərik. Hələlik detallar barədə danışa bilmərik", - dövlət başçısı vurğulayıb.
"Hələ prezidentlə (Rusiya Prezidenti Vladimir Putin-red) aramızda birbaşa əlaqəmiz olmayıb. Yalnız iki prezident arasında birbaşa danışıqlardan sonra bu müharibəyə son qoya bilərik", - Zelenski deyib.
Qeyd edək ki, Zelenskinin Ofisi münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazır olduğunu açıqlayıb. Ofis rəhbərinin müavini İqor Jovkv qeyd edib ki, Kiyev təhlükəsizlik zəmanəti ilə təmin olunacağı təqdirdə, ölkənin neytral statusunu müzakirə etməyə hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2462 Tarix: 10 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr