"Apple"dan YENİLİK
Apple şirkəti dünənki təqdimat tədbiri çərçivəsində Apple M1 prosessor seriyasının ən güclü modelini təqdim etdi.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki ,söhbət, 20 nüvəli Apple M1 Ultra-dan gedir. Sözügedən prosessoru ilk əldə etmiş kompüter isə Mac Studio oldu. M1 Ultra-nın əsas fərqləndirici özəlliyi onun UltraFusion adlı arxitekturaya sahib olmasındadır. Onun sayəsində Apple şirkəti 2 ədəd M1 Max çipini bir böyük prosessorda birləşdirib. Bu, M1 Max-da saniyədə 2.5 TB sürətli ötürmə qabiliyyətinə sahib prosessorlararası birləşmə özəlliyi hesabına mümkün olub. Nəticədə M1 Ultra M1 Max-ın göstəricilərini iki dəfə yüksəldir.
20 nüvəli M1 Ultra özündə 64 nüvəli GPU-nu 32 nüvəli neyron prosessorunu birləşdirir. UltraFusion arxitekturası yarımkeçirici alt təbəqə hesabına 2 prosessor kristalının birləşməsini təmin edir. Həmin alt təbəqədən isə 10.000-dən çox birləşmə keçir. Bunun hesabına Apple 114 milyard tranzistordan ibarət nəhəng vahid çip əldə edə bilib. Apple bildirib ki, M1 Ultra-nın performansı adi M1-dən 8 dəfə yüksəkdir. Bundan əlavə olaraq təqdimat zamanı Apple bildirib ki, Core i9-12900K ilə müqayisədə M1 Utra modeli eyni enerji sərfiyyatı rejimində 90% daha yüksək performansı təmin edir.
M1 Ultra-nın ən yüksək enerji sərfiyyatı göstəricisi Intel prosessorları ilə müqayisədə 100 vatt daha aşağıdır. Prosessorun qrafik gücünə gəldikdə isə Apple şirkətinin verdiyi məlumata əsasən onun gücü GeForce RTX 3090-nın gücü ilə eynidir. M1 Ultra-nın yaddaşının ötürmə qabiliyyəti saniyədə 800 GB təşkil edir. Bundan əlavə olaraq prosessor 128 GB-a kimi RAM yaddaşını dəstəkləyir. Sözügedən prosessor ilk olaraq Mac Studio kompüterinə quraşdırılıb. Lakin heç istisna deyil ki, gələcək Mac Pro modelləri də bu prosessor ilə təchiz olunsunlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1265 Tarix: 10 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabr