Deputat: "Azərbaycan və Türkiyə prezidentlərinin danışıqları ciddi nüanslardan xəbər verir"

Deputat: "Azərbaycan və Türkiyə prezidentlərinin danışıqları ciddi nüanslardan xəbər verir""Hazırkı mürəkkəb geosiyasi situasiya fonunda Azərbaycan və Türkiyə prezidentlərinin bugünkü görüşü, xüsusən, danışıqların 4 saatdan artıq davam etməsi ciddi nüanslardan xəbər verir. Şuşa Bəyannaməsi ilə ali səviyyəyə yüksəlmiş Azərbaycanın və Türkiyənin müttəfiqlik münasibətlərini, habelə, Ankara və Bakı arasında fikir ayrılığının mövcud olmadığını nəzərə alsaq, 4 saatlıq danışıqların bir izahı ola bilər - bölgənin iki əsas güc sahibi Ankara və Bakının sonrakı dövr ərzində birgə fəaliyyət planının müəyyən edilməsi".

Bu sözləri "Report"a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasında deyib.

Deputat qeyd edib ki, Avropanın kifayət qədər güc və imkan sahibi olan dövlətləri tərəfindən aşkar formada işğalçı Ermənistanın müdafiə edilməsinə baxmayaraq, rəsmi Yerevan və tərəfdaşlarının rüsvayçı məğlubiyyəti fonunda 44 günlük müharibə göstərdi ki, Azərbaycan və Türkiyə birliyi yalnız regionda yox, bütövlükdə qlobal müstəvidə hesablaşılan güc mərkəzinə çevrilib:

"Bu mənada, indiki həssas dövrdə cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin bugünkü müzakirələri bölgənin gələcək taleyinin müəyyənləşməsi baxımından dönüş nöqtəsi kimi də dəyərləndirilə bilər. Əslində, bu qənaəti danışıqların açıqlanan tezislərindən də müəyyənləşdirmək mümkündür.

Prezidentlər görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsindən məmnunluq ifadə edirlər ki, bu da birgə hərəkət üçün daha bir mexanizmin mövcudluğunun Bakının da, Ankaranın da maraqlarına cavab verdiyini göstərir. İkincisi, bu amil nümayiş etdirir ki, Türkiyə də, Azərbaycan da müttəfiqlərini sərbəst seçməkdə müstəqildirlər və hansısa üçüncü tərəfin ölkələrimizə bu müstəvidə mane olmaq perspektivi yoxdur".
Deputat: "Azərbaycan və Türkiyə prezidentlərinin danışıqları ciddi nüanslardan xəbər verir""Digər mühüm məqam, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan post-münaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivlərini gündəmə gətirməklə Yerevana bir növ xəbərdarlıq etdilər, xüsusən, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunmaqla əslində bəyan edildi ki, Yerevanla ya Yerevansız, istənilən halda, 10 noyabr üçtərəfli Bəyanatının şərtləri yerinə yetiriləcək.

Başqa vacib bir məqam isə Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları ilə bağlı Bakı və Ankara arasında müzakirənin aparılması ilə bağlıdır. Ən yaxın və əsas quru sərhəddinə malik qonşusu kimi Ermənistanın Türkiyə ilə münasibətlərin əhəmiyyətini dərk etməsi, bu ölkənin təcavüzkar niyyətindən əl çəkməsi və yekun sülh müqabiləsinin imzalanması üçün həlledici rol oynaya bilər.

Habelə, Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsinin aparılması, Türkiyə və Azərbaycanın artıq müşahidəçi yox, beynəxalq hüquq çərçivəsində ciddi təsir imkanına malik siyasi güc mərkəzi formalaşdırmasından xəbər verir", - deputat qeyd edib.

Bəhruz Məhərrəmovun sözlərinə görə, müttəfiqliyimizin daha geniş sərhədləri əhatələməsi üçün əməkdaşlığımızın dərinləşməsi vacibdir və görüşdə enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti, Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları, həmçinin, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi ilə bağlı müzakirələr əməkdaşlığı dərinləşdirmək niyyətinin yalnız bəyanatlarda yox, konkret əməldə ifadəsini tapdığını bir daha nümayiş etdirdi.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1700   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr