""Bayraktar"ları, nə əcəb, Putinin qəzəbinə gəlmir?.."

""Bayraktar"ları, nə əcəb, Putinin qəzəbinə gəlmir?..""Axı Rusiya özü gerçəkdən Suriyada, Liviyada həqiqi terrorçu qruplaşmalara silah verir..."

Məlum olduğu kimi, Türkiyə hələ 2019-cu ildən Ukraynaya "Bayraktar TB2" zərbə pilotsuz uçan aparatlarını tədarük etməyə başlayıb. Və hazırda Ukraynaya təcavüz etmiş Rusiyanın zirehli texnikalarını, hava hücumundan müdafiə sistemlərini, radarlarını, o cümlədən canlı qüvvəsini kütləvi şəkildə sıradan çıxardan əsas texnika məhz Türkiyə PUA-larıdır. Amma Ukraynaya hərbi yardım edən digər ölkələrdən fərqli olaraq – bu savaşdan çox öncə imzalanmış ticari məsələ olsa da belə, Rusiya lideri Putin rəsmi Ankaraya qarşı qəzəbini ifadə etmir. Düzdür, ötən il Rusiya XİN başçısı S.Lavrov bu haqda Türkiyəyə öz "irad"ını çatdırmışdı. Ancaq bilavasitə Putindən bu məsələ ilə bağlı ciddi reaksiya olmayıb. Görəsən, buna səbəb nədir?.

Mövzu ilə bağlı  sualları cavablandıran keçmiş xarici işlər naziri Tofiq  Zülfüqarov bunları söyləyib:

"Bilirsiz, Türkiyə və Rusiyanın əməkdaşlığı, əlaqələri çox spesifik xarakter daşıyır. Bu iki ölkənin münasibətlərini izləsək, görərik ki, burada həm danışıqlar, xoş ünsiyyət, eyni zamanda bəzi mqəamlarda biri-birinə qarşı ya dolayısıyla, ya birbaşa hədə və güc nümayişi yer alır. Biz onu da anlamalıyıq ki, digər silah ixrac edən dövlətlər kimi, Türkiyə və Rusiya da hər biri ayrı-ayrılıqda öz texnika və silahlarının ixracından fayda, mənfəət görməyə çalışır. Rəsmi Ankara da öz növbəsində yeni texnologiyalı silahlarının ixracını təmin etməlidir. Bu, Türkiyə üçün  həm iqtisadi, həm də siyasi baxımdan çox vacib məsələdir. Və bu baxımdan Moskva, konkret Putin Türkiyəyə, Ərdoğana irad tuta bilməz ki, siz "hansısa terrorçulara, nasistlərə" silah verirsiz. Axı Rusiya özü gerçəkdən Suriyada, Liviyada həqiqi terrorçu qruplaşmalara silah verir... Odur ki, Putinin "Bayraktar"lara görə Ərdoğana qəzəblənmək imkanı yoxdur...

Onu da qeyd etmək lazımdır ki, Türkiyə "Bayraktar"ları hələ Azərbaycana verməmişdən öncə Ukraynaya verməyə başlayıb..." 

"Bu məsələdə  Rusiyanın "S-400" komplekslərini Türkiyəyə satmasının da adekvat rolu ola bilərmi" sualına isə politoloq belə cavab verib. 

"Bəli, bu da bir faktordur. Çünki "S-400" kompleksləri Rusiyanın silah ixracı üçün vacib komponentdir. Ona görə ki, bəzi məqamlarda beynəlxalq arenada həmin qurğuların o qədər də effektiv olmaması haqda tənqidi fikirlər səslənir. Və bu mənada Rusiya heç bir "S-400" alıcısını itirmək istəməz. Digər tərəfdən,  əslinə qalsa, Türkiyə də "S-400"-ləri alarkən eyni zamanda gələcəkdə bu cür raket komplekslərinin istehsalı üçün lazımi texnoloji təcrübə əldə edir. Və biz anlayırıq ki, Türkiyə üçün bu raket texnologiyalarını mənimsəməsi işində bəzi problemlər də mövcuddur. Çünki Qərbdən bunların alternativlərini ala bilmir... 

Yəni siyasətdə çox mürəkkəb mövzular olur. Bəzən iki ölkə arasında  vizual olaraq ziddiyyətlət görə bilərik. Amma əslinə qalsa, bu, ümumi tendensiyadır. Təhlil etsək, görərik ki, Türkiyə Ukraynada öz maraq və mövqelərini qoruyub və qorumaqdadır"- deyə sabiq baş diplomat bildirib./Moderator


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1201   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul
.

İlham Əliyevdən Trampa məktub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlamətdar tarix - Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızd

4 iyul
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

Paşinyan Azərbaycan üzərindən Ermənistana internet kabelin çəkilməsi ilə bağlı: "Risk görmürük"

"Ermənistan internet trafikinin Azərbaycan üzərindən tranziti halında şəxsi məlumatlar üçün hər hansı risk və ya təhdid görmür". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasından sonra bildirib. Daha əvvəl məlum olduğuna görə, "Teleco

25 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun
.

"Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin qüdrətinin və milli iradəsinin təntənə günüdür" - Bəhruz Quliyev

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətçilik tariximizin ən əlamətdar və qürurverici günlərindən biridir. Bu tarix təkcə ordumuzun yaranma günü deyil, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzminin, dövlətçilik iradəsinin və milli təhlükəsizlik strategiyasını

24 iyun