XİN başçısı: "Azərbaycan-Türkiyə-Gürcüstanın üçtərəfli əməkdaşlığı..."
"Siyasi dillə desək, Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızdakı müvafiq razılaşmalar münasibətlərimizi strateji tərəfdaş səviyyəsinə çatdırıb".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
"Sadə dillə desək, bu, dostluq, mehriban qonşuluq, kökü əsrlərlə əvvələ gedib çıxan münasibətlərdir. Azərbaycan və Gürcüstanın ən yeni tarixinə gəldikdə isə, biz eyni zamanda yenidən suverenlik və müstəqilliyimizi əldə etmişik. Fikrimcə, bu 30 il ərzində birgə layiqli yol qət etmişik. Lakin, təəssüf ki, Cənubi Qafqazın da daxil olduğu regionumuz çox sayda çağırışlarla üz-üzə gəlib. Amma demək istərdim ki, biz öz bölgəmizdə çətin günlərdən, müharibələrdən keçmişik. Bu baxımdan, Azərbaycan və Gürcüstan bu kimi dövrlərdən ləyaqətlə çıxıb. Çətin vaxtlarda hər zaman bir-birimizə dayaq olmuşuq. Düşünürəm ki, bunu həm Azərbaycanda, həm də Gürcüstanda yaxşı xatırlayırlar", - nazir bildirib.
XİN başçısının sözlərinə görə, Azərbaycan-Türkiyə-Gürcüstanın üçtərəfli əməkdaşlığı bir çox ölkələr üçün nümunədir:
"Məhz bunun sayəsində biz əhəmiyyəti region çərçivəsindən daha uzağa gedib çıxan layihələrlə çıxış etməyə başlamışıq. Bura enerji layihələr daxildir. Fikrimcə, biz müəyyən mənada Avropanın enerji xəritəsini dəyişə bilmişik. Bura həm də nəqliyyat, iqtisadiyyatın müxtəlif sahələrindəki layihələr daxildir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 961 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr