SON DƏQİQƏ: Ermənistan Azərbaycanın irəli sürdüyü 5 bəndlik ilkin şərtin SİYAHISINI YAYDI
Azərbaycanın Ermənistana beş bəndlik ilkin şərt təqdim etdiyi haqda məlumat ölkə mediasında yer alıb və böyük müzakirələrə səbəb olub.
Sonxeber.az xəbər verir ki, erməni mətbuatı ("armday.am") da artıq bu məsələyə geniş yer ayırıb və Azərbaycanın 5 şərt irəli sürməsi İrəvanda böyük səs-küyə səbəb olub. Ermənilər hesab edirlər ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və azərbaycanlı həmkarı Ceyhun Bayramov Antalyada keçiriləcək diplomatik konfrans çərçivəsində görüşə bilər və əsas müzakirə mövzusu "sülh müqaviləsi"nin imzalanması olmalıdır. Mövzuya beynəlxalq ekspert, "Orbeli" mərkəzinin keçmiş eksperti Andranik Hovhannisyan da toxunub. O, beş bəndlik ilkin şərtlərin nədən ibarət olacağı haqda fikirlərini ifadə edib:
1.Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən Qarabağa hər hansı iddiadan imtina edilməsi;
2.Ermənistan qoşunlarının anklavlardan çıxarılması; ( Kərki və Qazaxın 5 kəndi nəzərdə tutulur)
3.Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının 1970-ci il Sovet xəritəsi əsasında aparılması;
4."Zəngəzur dəhlizi"nə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat əlaqələrinin blokdan çıxarılması;
5.Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə edilməsi;
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərdiyini və qarşı tərəfdən cavab gözlədiyini açıqlayıb.../Konkret
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 6877 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr