İrəvan kənarlaşdı, Rusiya İran üzərindən şərt qoydu

İrəvan kənarlaşdı, Rusiya İran üzərindən şərt qoyduAzərbaycanın İranla imzaladığı memorandum bölgədə yeni düzən yaradacaq. İran Azərbaycana imkan yaradır ki, Bakı Ermənistanı yenidən oyundankənar vəziyyətə salsın, bu ölkənin kommunikasiya xəttinə qoşulmasını əngəlləsin. Günah Ermənistan hakimiyyətindədir, İrəvan Moskvaya güvənərək Qərbi Zəngəzur dəhlizinin açılması məsələsini yubatdı. Azərbaycan isə İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin.

Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanla İran arasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya əlaqəsinin yaradılması ilə bağlı imzalanan saziş haqda qeyd edib.

O bildirib ki, Qərbin nüvə məslələsinə görə İrana sanksiyaları davam edir:

"Bu sanksiyaların yumşalması və Qərbin Tehranla əməkdaşlığı genişləndirməsi artıq Azərbaycanın da maraqlarına cavab verir. Əslində Rusiyanın Ukraynaya işğalı fonunda Vaşinqton və Brüssel İranla anlaşmağa həvəsli görünürlər. Tehranın üzərindən sanksiyalar götürülərsə, İran Avropa bazarına daha çox neft və qaz ixrac edə bilər ki, bu da köhnə qitəni Rusiyanın enerji asılılığından böyük ölçüdə xilas edə bilər. Ancaq Kreml hadisələrin bu istiqamətdə inkişafına mane olmağa başlayıb. Məsələ burasındadır ki, Rusiya İranla aparılan "5+1" formatındakı danışıqlarda yer alıb. Hər hansı anlaşmanın imzalanması üçün Kremlin də razılığı vacibdir. Kreml isə İranla anlaşmanın imzalanması üçün yeni şərt irəli sürüb: "İranla əməkdaşlıq edəcək Rusiya şirkətləri ABŞ və Avropa Birliyinin sanksiya siyahısından silinməlidir".

Elxan Şahinoğlunun fikrincə, bu şərt qəbul edilməyəcək:

"Vaşinqton və Brüssel Rusiyanın Ukraynanı işğalı fonunda Kremlin bu şərtini yerinə yetirməyəcək. Çünki əgər Moskvanın şərti yerinə yetirilərsə, Kreml hiylə işlədib sanksiya altındakı əsas şirkətlərini simvolik olaraq İranla müxtəlif sazişlərə yönəldəcək. Qərb buna şərait yaratmayacaq. Kreml imkanı daxilində Qərbin İranla saziş imzalamasına mane olmaq istəyəcək. Belə olan halda İranın maraqları Rusiyanın maraqları ilə kəsişəcək. İranın Rusiya ilə tərəfdaşlıq münasibəti olsa da, Tehran ölkə vətəndaşlarını düşünməli və neft-qaz satmaqla gəlirlərini artırmalıdır.

Vaşinqton və Brüssel İranla yeni saziş imzalamaq üçün Rusiyanı kənarda qoyan formullar üzərində düşünür. "5+1" formuluna görə İranın istifadə etdiyi uran Rusiyaya daşınmalıdır. Əgər Qərb Rusiyanı oyundan çıxarmaq istəyirsə, İranın istifadə etdiyi uranın hansısa başqa ölkəyə daşınmasını təmin etməlidir. Belə ölkə tapılarsa, məsələ həll olunacaq"./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1559   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr