Ermənilər şokda: Tehran İrəvanı arxadan vurdu

Ermənilər şokda: Tehran İrəvanı arxadan vurduXarici siyasətdə növbəti doğru addım atıldı – İran İslam Respublikası ilə əhatəli əməkdaşlığa imkan verən sənəd imzalandı.

Bu sözləri ReAL İH üzvü, ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, yeni sənəd bir çox aspektdən önəmlidir, hətta orta-uzun zamanda ciddi iqtisadi fürsətlər yaradır:

"1) İmzalanmış sənədə görə Ermənistan-İran sərhədinə pararlel Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Həmçinin, tərəflərin ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsi nəzərdə tutulur;

2) Yeni kommunikasiya xəttində hər iki tərəf - həm Azərbaycan, həm də İran qarılıqlı söz sahibi olacaq, yeni sərhəd keçid məntəqələri, sərhədyanı ticarət üçün yeni fürsətlər yaranacaq;

3) Bu sənəd Ermənistan və Rusiyanın əlində təzyiq vasitəsi olan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır – indi artıq bu təzyiq alətindən Moskva istifadə edib müəyyən güzəştlər qoparmağa çalışmayacaq. Zatən o dəhliz həyata keçsə, yeganə söz sahibi Rusiya olacaqdı, yollar, kommunikasiyalar Moskvanın tam nəzarətində olacaqdı. İndi isə top Ermənistan və Rusiya tərəfdədir – yeni regional logistik layihələrin iştirakçısı olmaq istəyirlərsə, daha yumşaq şərtlərlə Zəngəzur dəhlizinin açılmasına razı olmalıdırlar. Bundan başqa, hətta gələcəkdə Zəngəzur dəhlizi işə düşsə belə, mütləq alternativi olmalıdır – Kremlin nəzarətində, Ermənistanın ərazisində olan kommunikasiya xətləri daim təhlükədə ola, həmişə təzyiq vasitəsinə çevrilə bilərdi – İrandan keçən alternativ kommunikasiya xəttləri bu təzyiqi amortizasiya etməyə kömək olacaq;

4) Sənədin imzalanması geosiyasi anlamda İranın Ermənistandan üz çevirməsi deməkdir, dünəndən Ermənistan mediası İranı suçlayır, arxadan zərbə vurduğunu söyləyirlər. Anlamırlar ki, İran qədim diplomatiya ənənələrinə malik, öz maraqlarını qorumaq üçün addımlar atan ölkədir və geosiyasət elə qurulub ki, daimi dostlar olmur, daimi maraqlar olur, maraqlar həmişə sintementlərə qalıb gəlir;

5) İranla Qərb arasında yeni istiləşmə gözlənilir, enerji anlamında Avropa bazarında Rusiyaya rəqib ola biləcək yeganə ölkə (coğrafi yaxınlıq, potensial və resurslar baxımından) məhz İrandır. Rusiyanın beynəlxalq aləmdən təcrid edilməsi və enerji resurslarından gələcəkdə tam imtina edilməsi üçün Qərbin İrana ehtiyacı var;

6) İranın Qərbə açılması üçün əsas logistik və maliyyə, texniki mərkəz Azərbaycan, Bakı ola bilər. Bu ölkəmizə çox böyük yeni fürsətlər, iqtisadi dividentlər gətirə bilər"./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2745   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr