Oxuduqlarımız xarakterimizə necə təsir edir?

Oxuduqlarımız xarakterimizə necə təsir edir?Yazarlar onları təsirləndirən uşaqlıq mütaliələrini xatırlayır və bu qənaətə gəlirlər ki, oxuduqlarımız həyata baxışımıza təsir edir, şüuraltımızda idarəedici gücə çevrilir

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Rus gümüş poeziyasının unudulmaz siması Marina Svetayeva "Mənim Puşkinim" adlı əsərində yazır ki, "Yevgeni Onegin" tamaşasında gördüm ki, sevgililər – Tatyana və Onegin bir-birindən ayrıldı. Və mən bundan sonra eşqi ayrılıq kimi dərk etməyə başladım. Sonra bütün həyatım da belə keçdi; hər dəfə sevəndə sonluğun ayrılıq olacağını düşündüm və nəticədə hər şeyi vidalarla sevdim. Marina Svetayeva dahi Puşkinin tamaşasına baxanda, əsəri oxuyanda 6 yaşı vardı. Bu əsər onun nəzərində məhəbbəti insanları qovuşduran yox, ayıran bir nəsnə olduğu fikrini oyadıb. Bu təəssürat sonradan bütün ömrü boyu onu real həyatda da izləyib. Bu baxımdan görünür, uşaq vaxtı oxuduğumuz kitablar şüuraltımızda idarəedici gücə çevrilir. Bu problemlə bağlı aşağıdakı iki sualı qələm adamlarına ünvanlayıb, şəxsi mütaliələri kontekstində onlardan cavab almağa çalışdıq:

– Uşaq vaxtı oxuduğunuz hansı əsərlər sizin yaddaşınızda müsbət, yaxud mənfi mənada elə təəssürat yaradıbmı ki, o cür dərketmə hələ də sizi tərk etməyib?

– Ümumiyyətlə, sizcə, uşaq vaxtı oxuduğumuz əsərlər həyata münasibətdə fikirlərimizi mənfi və müsbət istiqamətdə necə formalaşdırır?

Yapon zövqlü Azərbaycan yazarı Azad Yaşarın cavabı

Azad Yaşar: "Uşaq vaxtı söz sənətini mənə sevdirən ilk insan ata tərəfdən nənəm Amənə (Əminə) olub. "Tıq-tıq xanım", "Məlikməmməd", "Yetim İbrahim" və sair nağılları nənəm mənə ballandıraraq danışardı, cürbəcür bayatılara, tapmacalara və sayaçı sözlərinə aşina idi. Onun bu nağılları vaxtilə öz doğmalarının ağzından öyrəndiyini düşünürəm, çünki qadın özü yazıb-oxumaq bilmirdi. Bunlar mənim şifahi xalq ədəbiyyatı ilə ilk təmaslarım olub.

İbtidai sinif şagirdi ikən oxuduğum ilk kitablardan biri isə dilimizə yazıçı Fərman Eyvazlı tərəfindən çevrilən "Yapon xalq nağılları" olub. Onların bəzilərini hələ də xatırlayıram və dünya ədəbiyyatı inciləri içərisində mən daha çox yapon ədəbiyyatının vurğunuyam, onlardan özüm də xeyli tərcümələr etmişəm. Bizim nağıllarla müqayisədə həmin mətnlərdə ən adi həyat hadisələrinə fərqli bucaqlardan yanaşmalar hakim idi: onlar oxucunu gah gülməyə, gah qüssələnməyə, gah da düşünməyə vadar edirdi. Məsələn, dağ başında üz-üzə gələn iki qurbağanın nağılı və ya adı 20-30 sözdən ibarət olan balaca bir oğlanın quyuya düşməsi barədə əhvalat kimi.

"Doğru yolda olduğuma inanıram"

Üçüncü sinifdə ikən anadilli ədəbiyyatımızdan oxuduğum ilk kitab isə Əbdürrəhim bəy Haqverdiyevin nəsr əsərləri toplusu olub. Oradakı "Xortdanın cəhənnəm məktubları", "Ovçu Pirimin nağılları" və sair mətnləri mən bu yaşda artıq formalaşmış dünyagörüşümə söykənərək, triller, absurd, fantastika və dəhşət janrlarına aid edirəm. Hazırda dünya ədəbiyyatında son dərəcə dəbdə olan bu janrlarda yetərincə uğurlu əsərləri ustad Əbdürrəhim bəy 100 il qabaq yaradıbmış.

Bu qoşa qanadın təsirini mən sonrakı söz və rəsm yaradıcılığımda həmişə hiss etmişəm. Şeir və esselərimə də seçilən mövzuya tamamilə yeni, yığcam, hələlik işlənməmiş aspektdən yanaşmalar, yaşantılara uyğun ifadə tərzi hakimdir. Sıravi, hazırlıqsız oxucuların bu mətnlərin dərkində ilk cəhdlər zamanı "axsamasını" da normal qəbul edirəm, çünki dayandığımız platformalar xeyli fərqlidir. Ancaq mən doğru yolda olduğuma inanıram. Adətən, yapon nasiri Haruki Murakamini soydaşları "sırf Avropa üslubunda yazan yapon yazar" adlandırırlar. Görünür, mən də bir mənada "yapon zövqlü Azərbaycan yazarı"yam.

Xeyir və şər başlanğıcı

Tanınmış şairə, tərcüməçi Rəbiqə Nazimqızı isə qoyulan məsələni belə mənalandırdı:

"Uşaqlıqda oxuduğum əsərlərdən mənə ən çox təsir edən "Uzuncorab Peppi" olub. Hazircavablıq, macəra həvəsi, statik həyatı sevməmək, çətin məqamlarda tez qərar qəbul etmək, cəsarət – məncə, pozitivlikdən tutmuş nağılı sevməyə qədər nə varsa, o qızdan gəlib mənə... Düma, Jül Vern, V.Skot, M.Rid... az sonra "Ovod"...

Fikrimizi mənfi-müsbət istiqamətdə formalaşdırırmı, bunu bilmirəm, amma hərə kitabdan özünə lazım olanı götürür, eyni kitabdan iki fərqli adam fərqli nəticə çıxara bilər. Düşünürəm ki, bizdə doğuşdan – genetikadımı, taledimi, bilmirəm, müəyyən yaxşı və ya pis keyfiyyətlər olur, daha dəqiq desəm, hər kəs xeyir, ya şər başlanğıcı ilə doğulur, kitablar isə içimizdə güclü olan tərəfi inkişaf etdirir. Kitab oxumağı təbliğ edirik və etməliyik, amma eyni zamanda onu da bilirəm ki, oxumuş cani oxumamış canidən daha təhlükəlidir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1298   Tarix: 14 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma

20 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr