Hökumətyönlü erməni deputatdan etiraf: "Qarabağ Azərbaycandır"

Hökumətyönlü erməni deputatdan etiraf: "Qarabağ Azərbaycandır"Ermənistan parlameninin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan "Azadlıq" radiosunun erməni xidmətinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub.

Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edən erməni deputat əvvəlcə bəyan edib ki, Ermənistan 1991-ci ildə MDB-nin Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişi imzalayaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

"Hər iki dövlət faktiki olaraq, bir-birinin ərazi bütövlüyünü tam olaraq tanıyıb. Və buna uyğun olaraq Ermənistanın Azərbaycan ərazisində heç bir ambisiyası yoxdur".

Azərbaycanın dəfələrlə bütün Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirməsinə Ağacanyanın cavabı belə olub ki, "hesab edirəm ki, bu proses müzakirə edilməli, Qarabağın yekun statusu müzakirə edilməlidir və biz sülh müqaviləsinin yekun ratifikasiyası və imzalanması çərçivəsində yekun statusa çatmalıyıq".

Jurnalistin aydınlaşdırıcı sualına hökumətyönlü deputat "beynəlxalq səviyyədə tanınmış, 1990-cı illərin əvvəllərində bütövlüyü Ermənistan tərəfindən tanınan Azərbaycan Respublikası var. Bir də sovet dövründə müəyyən muxtariyyatı olan qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi var. Bu sahədə problem isə burada yaşayan etnik ermənilərə münasibətdə onların etnik mənsubiyyətindən irəli gələn konkret hərəkətlər nəticəsində yaranıb ki, bu da genişmiqyaslı müharibə ilə nəticələnib, onun nəticələrini bu gün yaşayırıq", - deyib.
Ağacanyanın sözlərinə görə, bu məsələ beynəlxalq normalara, Ermənistanın öz mövqeyinə malik olduğu prinsiplərə uyğun həll olunmalıdır və o, bunu danışıqlar masası arxasında əyani şəkildə nümayiş etdirmək niyyətindədir: "Qarabağın yekun statusu da daxil olmaqla, danışıqlara başlamaq lazımdır", - deyə fikrini tamamlayıb./milli.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1431   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun
.

İlham Əliyevdən Trampa məktub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlamətdar tarix - Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızd

4 iyul
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun