Yeni "Dünya gözəli": Planetin ən gözəl qızı necə yaşayır?
"Dünya gözəli - 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi ikinci və üçüncü yerləri tutan ABŞ təmsilçiləri Şri Seyni və Kot-d'İvuardan olan Oliviya Yaseni geridə qoyan polşalı 22 yaşlı Karolina Belyavska oldu.
Lent.az xarici mediaya istinadla dünyanın əsas gözəlinin həyatı haqqında təfərrüatları təqdim edir.
Mərasim Puerto-Rikanın San-Xuan şəhərində və yalnız ikinci cəhddə baş tutub. Hamı bunun 2021-ci ilin dekabrında baş verəcəyini gözləyirdi, lakin COVID-19 planlara mane olmuşdu.
Finala bir neçə saat qalmış 23 iştirakçıda və yarışın 15 əməkdaşında infeksiya aşkarlanmışdı. Bu səbəbdən müsabiqə üç ay təxirə salındı.
"Dünya gözəli- 2021"in qalibi Karolina Belyavska deyir ki, səhnədən adımı eşidəndə şoka düşüb: "Hələ də inana bilmirəm". Onun sözlərinə görə, dünyanın əsas gözəlinin tacını taxmaq böyük şərəfdir.
14 yaşında Karolina Belyavska "Elite Model Look" müsabiqəsində ikinci yeri tutub və o vaxtdan model kimi çalışır, foto və moda nümayişlərində iştirak edir.
"Bu təcrübə mənə əzm, səbir və zəhmət öyrətdi", - o deyir. - Bunlar mənim çətin moda dünyasında ilk addımlarım idi".
"Dünya gözəli" titulunun yeni sahibi universitetdə Menecment ixtisası üzrə təhsil alır. O, diplomunu aldıqdan sonra aspiranturaya getmək niyyətindədir.
Karolina Belyavska üzməyi, tennis və badminton oynamağı, dalğıc ilə üzməyi sevir.
"İdman ilə məşğul olmaq etika, məsuliyyət, nizam-intizam, özünə inam və başqalarına güvən hissi aşılayır", - o belə hesab edir.
Boş vaxtlarında gözəllik kraliçası evsizlərə kömək edir. O, doğma şəhəri Lodzda fəaliyyət göstərən Zupa Na Pietrynie ("Petrində şorba") xeyriyyə layihəsinin yaradıcısıdır. Hər bazar günü onun iştirakçıları damı olmayan insanlara isti yemək, paltar və tibbi maska paylayırlar. Bundan əlavə, onlara hüquqi və tibbi yardım göstərirlər.
"Fiziki gözəllik keçicidir. Bu gün var, sabah yox. Bizim başqalarına necə davrandığımız heç bir yerə getmir. Bu heç kimin bizdən ala bilməyəcəyi gözəllikdir", - Karlona Belyavska deyir.
Karolina Belyavska anasını həyatda əsas ilham mənbəyi hesab edir.
"Heç kim məni onun qədər motivasiya etmir və mən istənilən vəziyyətdə ona arxalana bilərəm", - qız deyir. - O, mənə həqiqətən vacib olanı göstərir və mən hər gün ondan yeni bir şey öyrənirəm".
Yeni "Dünya gözəli" səyahət etmək həvəskarıdır. O, dünyanın yarısını gəzib və deyir ki, Yeni Zelandiya, Avstraliya, Fransa, Kanada, Vyetnam, İrlandiya və İslandiyaya səyahətləri yaddaşında xüsusi iz buraxıb.
"Hans Xristian Andersen deyib ki, səyahət yaşamaqdır və mən onu mükəmməl başa düşürəm", - Karolina Belyavska deyir.
Karolina Belyavska özünə inamın gözəllikdən daha vacib olduğuna inanır.
"Diplomun, biliyin, təcrübənin, gözəlliyin, pulun və əlaqələrin ola bilər, ancaq özünüzə inamınız yoxdursa, məqsədinizə çata bilməyəcəksiniz. Çünki siz özünüzə inanmasanız, insanlar sizə inanmayacaq. Özünə inam cazibədarlığın təməlidir", - Karolina belə düşünür.






Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2331 Tarix: 21 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrMeymun yazıçının arvadını öldürdü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind
22 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabr