İƏT XİNŞ Ermənistanın minalı ərazilərin dəqiq xəritələrini verməməsini pisləyib
Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) "Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması" mövzusunda 48-ci sessiyasında qəbul edilmiş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması" adlı qətnamədə Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması pislənilib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması" adlı qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.
Ermənistan və Azərbaycan arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib. Həmçinin Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması pislənilib və Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək bir daha təsdiq edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentin gəlinindən zərif - Fotolar
Avstraliyanın sirri: Quru çölün ortasındakı yollarda niyə iki metrlik xətkeşlər var?
Leysan yağacaq, dolu düşəcək
Təyyarələrdə niyə həmişə soyuq olur? - Stüardessa səbəbini açıqladı
Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI
Dünyanın ən güclü 10 pasportu - SİYAHI
Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO
Azərbaycanda ZƏLZƏLƏ OLDU
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
Boşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto
Alimlərdən mühüm kəşf: Sirli yeraltı "külək" ABŞ-dakı supervulkanı qidalandırır