Türkiyə Montrö konvensiyasının icrası ilə yanaşı, Rusiya-Ukrayna müharibəsində vasitəçiliyini davam etdirəcək

Türkiyə Montrö konvensiyasının icrası ilə yanaşı, Rusiya-Ukrayna müharibəsində vasitəçiliyini davam etdirəcəkTürkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçirilib.

Bu barədə Sonxeber.az "Report"a istinadən xəbər verir.

Məlumata görə, iclas təxminən 3 saat 45 dəqiqə davam edib.

Toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. İclasın yekunları ilə bağlı yayılan açıqlamada "Problemlərin Ukraynanın ərazi bütövlüyü nəzərə alınmaqla daimi həll edilməli" olduğu bildirilib.

Açıqlamada həmçinin vurğulanıb ki, Montrö Konvensiyasının bütün maddələrinə ciddi şəkildə əməl olunmalıdır.

"Türkiyə Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö konvensiyasının həyata keçirilməsi ilə yanaşı, vasitəçilik və asanlaşdırma səylərini davam etdirəcək", - açıqlamada qeyd olunur.

Montrö Konvensiyası 1936-cı il iyulun 20-də imzalanmış və həmin il noyabrın 9-da qüvvəyə minib.

Konvensiya Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini möhkəmləndirib. Qara dəniz dövlətlərinin Türkiyə hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etmək şərti ilə sülh dövründə istənilən sinifdən olan hərbi gəmiləri boğazlardan keçə bilər. Bu regiondan olmayan dövlətlərin dəniz güclərinin döyüş gəmiləri üçün sinif və tonaj üzrə əhəmiyyətli məhdudiyyətlər tətbiq olunub.

Bununla belə, konvensiyanın mətnində müharibə vaxtı ilə bağlı bəndlər var. Türkiyə münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətlərə malikdir. Bəzi hallarda Ankara bunun regionda təhlükəsizliyi pozacağını və ya özünə təhlükə yaradacağını hesab edərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1223   Tarix: 23 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr