Bu ölkə də Lukaşenko və ailəsinə qarşı sanksiyalara qoşulub
Avstraliya Ukraynadakı vəziyyətlə əlaqədar Belarus Prezidenti Aleksandr Lukaşenkonu və onun ailə üzvlərini sanksiyalar siyahısına daxil edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Biz, həmçinin onun oğluna - Belarus hökumətində əvvəllər milli təhlükəsizlik məsələləri üzrə yüksək vəzifələrdə çalışmış Viktor Lukaşenkoya və həyat yoldaşı, Belarusun birinci xanımı Qalina Lukaşenkoya qarşı da sanksiyalar tətbiq edirik", - deyə bəyanatda bildirilir.
Səlahiyyətlilər yeni sanksiyaların müdafiə naziri Viktor Xrenin də daxil olmaqla Belarusun 13 fiziki və hüquqi şəxsinə qarşı əvvəllər tətbiq edilən sanksiyalara əlavə olduğunu bildiriblər. Avstraliya hesab edir ki, Minsk Rusiya Federasiyasına Belarus ərazisindən Ukraynada xüsusi əməliyyat keçirməyə icazə verməklə Moskva üçün mühüm strateji rol oynayıb.
XİN-dən bildirilir ki, Avstraliya hökuməti "Russia Today" telekanalının baş redaktorları da daxil olmaqla 22 Rusiya təbliğatçısı və dezinformasiya təminatçısını sanksiya siyahısına əlavə edib.
Daha əvvəl Avstraliya Rusiya Prezidenti Vladimir Putinə və ölkənin digər yüksək səviyyəli rəsmilərinə, o cümlədən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsevə qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, ABŞ Dövlət Administrasiyası da Belarus Prezidenti Aleksandr Lukaşenko və onun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar tətbiq edib və onları yenidən "qara siyahı"ya salıb./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1323 Tarix: 25 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr