KİV: Rusiya planlarını dəyişib, Kiyevi tutmayacaq
ABŞ hesab edir ki, Rusiya hücum əməliyyatı uğursuz olduğu üçün qüvvələrini Kiyevin deyil, Ukraynanın şərqinin ələ keçirilməsi üçün səfərbər edəcək.
Bu barədə "Reuters" Pentaqondakı yüksəkvəzifəli nümayəndəyə istinadən yazır.
Agentliyin məlumatına görə, Rusiya qüvvələri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə danışıqlarda təsir rıçaqı əldə etmək üçün Donbası və bölgəni müdafiə edən ukraynalı hərbçiləri təcrid etməyə çalışacaq.
Cümə günü RF bəyan edib ki, "xüsusi əməliyyat"ın birinci fazası, demək olar ki, başa çatıb və diqqətini Donbasın "tam azad olunması"na yönəldəcək.
"Onlar buna böyük əhəmiyyət verirlər və bu barədə əlimizdə olan məlumat onlarda olan informasiya ilə üst-üstə düşür", - Pentaqon rəsmisi deyib.
O əlavə edib ki, ABŞ Rusiya qüvvələrinin Donbasda daha aqressiv olduğunu müşahidə edir: "Sözsüz ki, bu, onlar üçün prioritetdir".
Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyinə çəkiliblər, Ukrayna ordusu isə Çerniqov istiqamətində irəliləyir./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1159 Tarix: 26 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr