Ermənistana Kremli satmağa üç ay kifayət etdi: Paşinyanın "alovlanan" Qərb sevgisi

Ermənistana Kremli satmağa üç ay kifayət etdi: Paşinyanın "alovlanan" Qərb sevgisiDünyanın siyasi arenasında xüsusən son aylar baş verən dəyişikliklər Ermənistanı yenidən öz riyakar oyunlarını intensivləşdirməyə sövq edir.

Məsələn, sürətlə dəyişən geosiyasi reallıqlar bu gün Ermənistan üçün Rusiyanı deyil, Qərbi Qütb ulduzuna çevirir. Halbuki çox yox, aylar öncə Ermənistan üçün "prioritet" məhz Moskva sayılırdı. Çünki Ermənistan hökuməti həmin dövrdə Kremli "onu himayə edəcək qədər" güclü hesab edirdi.

Ermənistan dövlətinin siyasi xəttinin əsas istiqaməti isə məhz bu riyakar xislət üzərinə qurulub: öz mənafeyi uğruna güclünün yanında dayanmış kimi görünmək. Yəni bunu Ermənistanın dünya siyasətində bir mövqeyə sahib olması kimi də qəbul etmək düzgün deyil. Dünya siyasətində söz sahibi olmayan İrəvan məhz başqalarının yanındaymış kimi görünməklə zaman-zaman nəyəsə nail olmağa, ən azından mövcudluğunu davam etdirməyə çalışır.

Üç aya "dəyişən" siyasi xətt

Ötən ilin dekabr ayını xatırlayaq. Həmin vaxt Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində iştirak üçün Brüsselə səfər edən Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-nun mənzil-qərargahına dəvət olundular. Təbii ki, uğurlu və balanslı xarici siyasət yürüdən Azərbaycan lideri bu təklifi qəbul etdi. NATO-nun Brüsseldəki mənzil-qərargahında Prezident İlham Əliyev və baş katib Yens Stoltenberq arasında görüş keçirildi.

Azərbaycan Prezidenti NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. Burada çıxış edən NATO-ya üzv dövlətlərin daimi nümayəndələri tərəfindən Azərbaycanın rəhbər tutduğu siyasi xətt, həmçinin hərbçilərimizin Əfqanıstandakı sülhməramlı missiyadakı iştirakı yüksək qiymətləndirildi.

Elə Gürcüstan rəhbərliyi də NATO-nun dəvətini qəbul etdi və müvafiq görüşlər keçirildi. Həmin vaxt özünü Rusiyanın vassalı kimi təhlükəsiz şəraitdə hiss edən Ermənistan rəhbərliyi isə NATO-nun dəvəti barədə düşünmək belə istəmədi desək, yanılmarıq.

İrəvanın bu "rusiyapərəst" mövqeyi isə ənənəvi olaraq çox çəkmədi. Bunun tamamilə əks istiqamətdə dəyişməsi üçün ermənilərə cəmi üç ay kifayət etdi. Dekabrda Rusiyaya yaltaqlanmaq xatirinə NATO-ya tərəf baxmayan Ermənistan artıq martda elə həmin NATO-ya yarınmaq üçün bütün vasitələrə əl atır.

Rusiya ordusunun uğursuzluğu fonunda ermənilərin "alovlanan" Qərb sevgisi

Üstəlik, artıq Rusiya onu zərrə qədər də maraqlandırmır. Ermənistanın illərdir dəyişilməz xətti olan riyakarlıq və satqınlıq bir andaca müttəfiqlərini "xırıd etməyə", dostlarını arxadan vurmağa, lazım olanda düşməni kimi görməyə imkan verir. Odur ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın gürcü həmkarı ilə bu günlərdə baş tutan telefon danışığının arxasında dayanan əsl planları sezmək çətin deyil.

Ermənistan hər nə qədər xəyanətdə və riyakarlıqda peşəkar olsa da, siyasi arena da bir o qədər ikiüzlülükləri ifşa edən və açıq şəkildə ortaya qoyan bir platformadır.

İlk növbədə Ermənistan Gürcüstanla "yaxınlaşmaq" adı altında Qərbə mesaj göndərməyə cəhd edir. Mesajın əsas məramı isə Rusiyanın vassallığından imtina etdiyini və Qərbə meyl saldığını bəyan etməkdir. Əslində, Rusiyanın Ukraynadakı döyüşlərdə uğur qazana bilməməsi erməniləri Qərbə doğru "sürükləyən" əsas parametrdir. İrəvan Qərbdən təzyiq və ağır sanksiyalar altındakı Rusiyadan daha çoxunu qopara biləcəyinə inanır.

Qərb və Rusiya bütün parametrlər üzrə bir-birinə ziddiyyət təşkil etsələr də, Ermənistan üçün bu iki variant arasında seçim etmək və həmin seçimi dəyişmək çox sadə bir prosesə çevrilir. Siyasətinin əsas vəzifəsi özünə güclü ağa, himayədar tapmaq, maksimum yaltaqlıq nümayiş etdirərək öz ağasından mümkün qədər nələrsə "qoparmaq" olan Ermənistan düşünmədən seçimini Qərbin və ya Rusiyanın xeyrinə dəyişə bilər.

Ermənistan üçün xəyanət: 2x2

Görünür, Ermənistan rəhbərliyi artıq Qərbin ağuşunda daha çox "qazanacağı" ideyasından ikiəlli yapışıb. Bu inamı rəhbər tutan bir Ermənistan üçün isə Rusiyanı satmaq, necə deyərlər, "iki vur ikidir".

İnsafən deyək ki, ermənilər hətta xəyanət edərkən belə, digər variantlara, növbəti kəskin dəyişikliklərə hazırlıq edirlər. Məsələn, Ermənistanın paytaxtı və digər bölgələrində keçirilən Rusiyanın başlatdığı müharibəyə dəstək aksiyaları məhz bu riyakarcasına hazırlığın bir parçasıdır. Burada məqsəd hər ehtimala qarşı Rusiya üçün "ayaq yeri qoymaqdır".

Ermənilər nə qədər Qərb üçün "dost" görünsələr də, onların arxasınca çevirdikləri işlər sadəcə aksiyalarla bitmir. Ermənistanın Suriyadan gələn muzdlular üçün təlim düşərgəsinə çevrilməsi, qondarma rejimin əli ilə Ukraynadakı "DNR" və "LNR"ə yardımlar göstərilməsi də diqqətdə saxlanılmalı məqamlardır.

Davamlı olaraq öz ağasını dəyişən Ermənistan həm də bu silsiləni pozmayaraq, müntəzəm surətdə özünə seçdiyi ağalara xəyanət edir. Bu gün Qərbə yaltaqlanmağa cəhd etsə də, arxasınca atdığı addımları artıq qeyd etdik.

Dekabr ayında NATO toplantısında Ermənistan üçün Rusiya vassallığı daha cəlbedici görünürdü və məhz bu səbəbdən də Nikol Paşinyan hökuməti həmin vaxt Qərbin qapısını açmağı belə lazım bilmədi. Başlatdığı müharibənin, sanksiyaların və digər xarici təzyiqlərin Rusiyanı zəiflətdiyini gördükdə isə erməni lider və onun komandası, Ermənistan dövləti batmaqda olan gəmini ilk tərk edən siçovulları xatırladırlar...

Yeri gəlmişkən, Rusiyanın özündə də Ermənistanın guya böyük məharətlər icra etdiyi ikili oyunlardan hər kəs xəbərdardır. Nikol Paşinyan hökumətinin Sorosla yaxınlığı, onun hökumətində ayrı-ayrı vaxtlarda təmsil olunmuş və olunan Armen Qriqoryan, David Sanasaryan, Zare Sinanyan, Rüstəm Badasyan və başqaları Kremlin yaddaşında qalmaqda davam edirlər. Moskva, çox güman ki, Ermənistanın COVID-19 pandemiyası dövründə Soros Fondundan yardım alan yeganə MDB ölkəsi olduğunu da unutmayacaq.

Bütün bunların fonunda isə Ermənistanın siyasi xəttinin iflasa məhkum olduğunu xatırlatmaq yerinə düşər. Çünki İrəvanın hazırda icra etdiyi bu mexanizm növbəti xəyanət zamanı onun başını ağrıda bilər. Məsələn, gələn dəfə Qərbi satıb Rusiyaya "dost" görünəndə Kreml bunu ifşa edə və ya bunun tam əksi baş verə bilər. Bu isə onsuz da özünə bir ağa tapmadan mövcudluğunun sual altında olduğunu bilən Ermənistan üçün sözün əsl mənasında uçurumdan atlamaq olar.../oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2106   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr