Deputat: "Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb"

Deputat: "Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb""Son günlər Ermənistanın siyasi rəhbərliyinin Gürcüstana meyl etməsi, rəsmi Tbilisi ilə münasibətləri inkişaf etdirmək meyli diqqətdən yayınmır. Sual yaranır ki, Ermənistanın Gürcüstana münasibətdə bu fəal davranışının motivləri nə ilə bağlıdır. Ermənistan dövlətinin siyasi hərbi rəhbərliyini yaxşı tanıyanlar bilirlər ki, bu, heç də təsadüfi deyil. Çünki Ermənistan rəhbərliyi hər zaman xəyanətkar mövqeyi ilə seçilib".

Sonxeber.az-ın məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, eyni vaxtda iki stulda əyləşmək taktikasına üstünlük verilib və bu da Ermənistanın xarici siyasətini çox ciddi problemlərlə üz-üzə qoyub: "Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin getdiyi reallıqda, xüsusilə də müharibənin ilk günlərindən Rusiyanın xoşuna gəlmək, onun diqqətini cəlb etmək, özünün müttəfiq olduğunu Rusiyanın gözünə soxmaq üçün Suriyadan gələn müzdlularının öz ərazisində təlimlər keçməsinə şərait yaradırdı, eyni zamanda Qarabağdakı qondarma rejimin vasitəsilə Luqansk və Donetskdəki separatçılara humanitar yardım edirdi. Bununla da rəsmi Moskavanı məmnun etməyə çalışırdı, Rusiyanın yanında olduğu fonunu yaratmaq istəyirdi. Amma son zamanlar bu mövqe kəskin dəyişməyə başlayıb".
Deputat: "Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli olmayıb"E.Nəsirov bildirib ki, Ermənistan siyasi rəhbərliyi hər zaman olduğu kimi, oyun qaydalarını növbəti dəfə pozmağa başlıyıb: "Rusiyaya müttəfiq olan Ermənistan indi də Qərbə meyilli və onları məmnun edə biləcək addımlar atır. Elə bu nöqteyi-nəzərdən Ermənistan xarici işlər nazirinin tələm-tələsik gürcüstanlı həmkarına zəng etməsi, onunla ikitərəfli münasibətlərə dair, eyni zamanda beynəlxalq xarici siyasətlə bağlı müzakirələr aparması, Qərbə meyilli fikirlər səsləndirməsi onu göstərir ki, Paşinyan hökuməti Rusiyanın Ukraynada gözlənilən nəticələri əldə edə bilməməsinin fərqindədir. Görürlər ki, müharibədə gözlənilən uğurlar və qələbə təmin edilməyib".

Deputat qeyd edib ki, müharibə uzanır və bu, Rusiya üçün çox ciddi problemlər yaradır: "Belə olan vəziyyətdə o, həmişəki ampluasında yenə də dönüklük, yenə də satqınlıq yolunu seçir. İndi artıq birmənalı şəkildə Qərbə yaxınlığını göstərməyə çalışır. Gürcüstan vasitəsilə Qərbə, NATO-ya mesajlar göndərir ki, biz sizin siyasətinizi dəstəkləyir və təqdir edirik. Ermənistan rəhbərliyi üçün sədaqət, dostluq, müttəfiqlik heç vaxt keçərli məsələ olmayıb. Bircə misal çəkim, ötən ilin dekabrında "Şərq Tərəfdaşlığı" sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdü və qurumun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Tədbirə qatılmayan yeganə şəxs Ermənistanın Baş naziri oldu. Müstəqil siyasət aparmayan Ermənistan Rusiyanın güclü olduğu bir vaxtda başqa addım ata da bilməzdi. Çünki asılıdır, vassaldır. Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək indi Paşinyan və onun komandası NATO-ya və Qərb ölkələrinə meyil edir. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır. Bunları dünya ictimaiyyəti də çox gözəl təhlil edir və bu qənaətə gəlirlər ki, Ermənistan heç zaman arxanala biləcək müttəfiq olmayıb, bu gün də belə deyil, sabah da məsələ bu cür qalacaq. Bir sözlə, Sorosun uşaqlarından bundan artıq nə gözləmək olar?!".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1416   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr