Azərbaycanlı güləşçi qız Qurban Qurbanovun əsas rəqibidir - FOTO

Azərbaycanlı güləşçi qız Qurban Qurbanovun əsas rəqibidir - FOTOAzərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası feyr-pley mükafatı üçün hələlik iki namizəd müəyyənləşdirib.

Sonxeber.az bildirir ki, bu barədə "Report"a komissiyanın sədri Xəzər İsayev məlumat verib.

Onun sözlərinə görə, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (55 kq) bu mükafata namizəddirlər.

İsayev 49 yaşlı mütəxəssisə bir neçə dəfə feyr-pley mükafatı təqdim etdiklərini xatırladıb: "Bu mükafatı Qurbanova yenə verməyə hazırıq. Çünki buna layiqdir. Amma onun jesti ilə yanaşı, qadın güləşçi Elnurə Məmmədova da var. O, Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında qalib gələndən sonra zədələnmiş rəqibini çiynində döşəkdən kənara çıxarıb. Bu da ədalət prinsipinin ən yüksək amillərindən biridir. Biz hər şeyə diqqət edirik. Mətbuat nümayəndələrinə, federasiyalara sorğu barədə məlumat verəcəyik. Hər biriniz öz fikrinizi bizə bildirdikdən sonra seçimimizi açıqlayacağıq. Hazırda Qurban Qurbanov və Elnurə Məmmədova ön sıradadırlar. Hər ikisini nəzərə ala və birinə məşqçi, digərinə isə idmançı kimi mükafat verə bilərik".
Azərbaycanlı güləşçi qız Qurban Qurbanovun əsas rəqibidir - FOTOSədr bildirib ki, ilk növbədə tədbirin vaxtını Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə müəyyənləşdirməlidirlər: "Son zamanlarda Gənclər və İdman Nazirliyi və MOK-da dəyişikliklər olduqdan sonra yeni mövzular, yeni sistem işlənməyə başlayıb. Bu səbəbdən bir qədər vaxt məhdudiyyəti var. Amma yəqin ki, tədbiri bu il keçirməyə nail olacağıq. Çingiz Hüseynzadə ilə məsləhətləşəndən sonra vaxtla bağlı ətraflı məlumat verə biləcəyəm".

Qeyd edək ki, Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə Bakıda keçirilmiş cavab görüşündə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1470   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr