Ömrü qısaldan və uzadan əməllər

Ömrü qısaldan və uzadan əməllərÖlüm o qədər qarışıq məsələlərdəndir ki, bəzən insanı qəflətən yaxalayır. Həyatda olan zaman ölümlə bağlı insan zehnində çox sayda suallar meydana gəlir. Ancaq insan bunu dəqiq bilir ki, həyatın bu həqiqətindən qaçış yoxdur. Hər bir canlı varlıq bir gün onunla üzləşəcəkdir.
İmam Sadiq (ə) buyurur: "İnsanlar öz ömürləri ilə yaşamazdan əvvəl ehsan və yaxşılıqları ilə yaşayarlar. Əcəli çatıb ölməmişdən qabaq isə günahlarına görə ölərlər".

Əcəlin mənası nədir?
Əcəl - insan ölümünün zamanı və ömrünün sonu deməkdir. Əcəl iki cür olur: ani ölüm və qəti ölüm. Qəti və təbii ölüm o ölümdür ki, insanın ölməsi üçün bütün amillər hazırdır və ölüm təbii halda bədənə daxil olur və insan həyatına son verir. Yaşlaşmaq kimi. Ancaq ani ölüm o ölümdür ki, insan günaha düçar olan zaman təyin edildiyindən də tez bir zamanda ölümə məruz qalır. Quran dəfələrlə bu mövzuya işarə etmişdir.
İmam Sadiq (ə) buyurur: "Qəti olmayan, ani əcəl Allahın istəyi ilə olar. Ancaq qəti əcəl odur ki, Qədr gecəsində gələn Qədr gecəsinə qədər təqdir edilər. Bəli, budur Allahın kəlamı: "Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər"". ("Yunus" 49).
Ona görə də qəti əcəldə insanın təbii ölümü müəyyən olunmuş olar. O zaman ki, gəlib çatar, heç bir şey qarşısını ala bilməz. Ancaq ani və ya şərti ölüm o ölümdür ki, insan müəyyən günaha düçar olan zaman ölüm vaxtı tezləşər və insanın həyatı sona çatar. Əlbəttə hər iki əcəl insanın təqdiridir ki, yazılar. Misal üçün insanın təqdirində yazıla bilər ki, əgər bu insan filan yaxşı işi yerinə yetirərsə, əcəli tezləşdirən günahlara batmazsa, 70 il, amma əgər əcəli yaxınlaşdıran günaha batarsa, 30 il yaşayacaqdır. Ona görə də qəti əcəl mütləqdir, dəyişdirilə bilməz. Ancaq ani əcəl xüsusi şərtlərdən asılı olduğu üçün, onu dəyişdirmək mümkündür.

Bəs ani ölümlərin sayı niyə artır?
İnsanların əksər hissəsi İlahi təqvanı və itaəti tərk etdikləri üçün ömürləri qısalır. Allah Təala açıq şəkildə buyurur ki, həyatda üzləşdiyin bir çox çətinliklər Allah zikrini tərk etdiyin üçündür. "Hər kim Məni yada salmaqdan üz döndərərsə, çətin və ağır həyatı olacaqdır".

Ölümü yaxınlaşdıran günahlar hansılardır?
1. Qohumluq əlaqəsini kəsmək.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Sileyi-rəhm evləri abad edər, ömürləri uzadar, baxmayaraq ki, (hətta) onu yerinə yetirənlər yaxşı insan deyildirlər". Hədislərə nəzər salan zaman görmək olur ki, qohumluq əlaqəsini kəsmək Allaha şirk günahı ilə bərabər tutulmuşdur.

2. Yalan.
Yalan insan həyatına çox ziyan vurur, o cümlədən ömrünü qısaldır. Peyğəmbər (s) yalandan and içmək haqqında buyurur: "O kəs ki, yalandan and içər və bilər ki, yalandır, Allahla döyüşə girmiş olar. Həqiqətən, yalan and evləri sahibsiz edər və övladlarının yoxsul olmasına səbəb olar".

3. Zina.
Zinanın gətirdiyi xəcalətverici təsirlərdən biri də ömrün qısalması, pis və ani ölümdür. Həzrət Peyğəmbər (s) buyurur: "Ey müsəlmanlar! Zinadan çəkinin ki, onda 6 (pis) xasiyyət vardır. Üçü bu dünyada və üçü də axirətdə. O şey ki, bu dünyadadır: gözəlliyi və camalı aparar, yoxsulluq gətirər və ömrü qısa edər. Ancaq onlar ki, axirətdədir: Allahın qəzəbinə səbəb olar, pis hesab çəkilər və cəhənnəm atəşinə düşər".

4. Ata və anaya əziyyət vermək.
İmam Sadiq (ə) buyurur: "Allaha o günahlardan pənah aparıram ki, məhv etməkdə tələsir, ölümü yaxınlaşdırır, evləri sahibsiz edir. Onlar ibarətdir: valideynlərə əziyyət vermək və ehsan və yaxşılıq etməkdən əl çəkmək".

Bəs əcəli təxirə salan amillər hansılardır?
Sileyi-rəhm etmək, günahdan uzaq olmaq, qonşu ilə gülərüz rəftar etmək, sədəqə vermək ömrü uzadar və əcəli təxirə salar.
İmam Əli (ə) buyurur: "Sədəqə verməklə ömürlər uzanar".
İmam Sadiq (ə) buyurur: "O kəslər ki, günahlarına görə ölürlər, İlahi ölümlə dünyadan gedənlərdən çoxdurlar. O kəslər ki, yaxşılığa görə ömürləri uzanır, təbii amillərə görə ömürləri uzanan kəslərdən çoxdurlar".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2006   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr