Ölkəmizə vurğun olan Seneqal əsilli fransalı: "Evimdə Azərbaycan bayrağı asılıb" - FOTO
Mənim Azərbaycana ilk səfərim 2016-cı ilin yayında baş tutub.
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə 10 günlük səfərdə olmuşam. Həmin vaxt Fransanın Bakıdakı səfirliyi Azərbaycan dili bilikləri üzrə müsabiqə təşkil edirdi və mən qalib oldum. Paytaxtla yanaşı, Qəbələdə, Lahıcda, İsmayıllıda və Şəkidə oldum.
Yeri gəlmişkən, sonuncu mənim ən sevimli şəhərimdir. Mən onun tarixinə heyranam və Şəki paxlavasını çox sevirəm.
Bu sözləri Media.Az-a müsahibəsində ölkəmizə qarşı böyük sevgi bəsləyən Seneqal əsilli fransalı İbrahima Diavara deyib:
"Azərbaycanlılar Afrika əsilli avropalının türkçə danışmasından və Azərbaycan dilində anlamasından təəccübləndilər və eyni zamanda fəxr etdilər. Onlar çox mehriban və qonaqpərvər idilər. Bu sözü deməkdən çəkinmirəm, məni krallara layiq qarşıladılar. Mən hər gün azərbaycanlılara göstərdikləri sevgi və hörmətə görə təşəkkür edirəm, o günlərdə özümü həqiqətən öz evimdəki kimi hiss edirdim".
O, Azərbaycan mədəniyyətini özü üçün doğma hesab etdiyini də bildirib:
"Bundan əlavə, mənim evimdə Azərbaycan bayrağı asılıb, Azərbaycanla bağlı suvenirlər göz oxşayır. Hər axşam Azərbaycan çayı içirəm, tez-tez Azərbaycan milli yeməklərini yeyirəm. Həmçinin müntəzəm olaraq muğama qulaq asıram. Yeri gəlmişkən, muğam insanı çox sakitləşdirir. Ən çox sevdiyim Azərbaycan mahnısı isə "Daşlı qala" xalq bəstəsidir. Parisdə Azərbaycan mədəniyyətini təbliğ etməyə çalışdığım üçün Fransada bəziləri elə bilir ki, mən azərbaycanlıyam. Sizin xalqınızın möhtəşəm adət-ənənələri var".
Fransalı həmçinin Azərbaycan dilini necə öyrənməsindən də bəhs edib:
"Parisdə türk diasporunun nümayəndələri ilə yanaşı yaşadığımız üçün türk dilini uşaqlıqdan eşitmişəm. Məktəbi bitirdikdən sonra isə Fransada universitetdə türkologiya fakültəsinə daxil oldum, elə burada Azərbaycan dilini də öyrəndim. Sirr deyil ki, türk və Azərbaycan dilləri çox oxşardır".



Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1588 Tarix: 26 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabr"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
8 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabr