Fərrux kəndinin alınması, Şoyqunun nazirliyinin Bakını hiddətləndirən bəyanatı... SEPARATÇILARIN "CANGÜDƏNLƏRİNİ" QOVMAĞIN VAXTI YETİŞİR

Fərrux kəndinin alınması, Şoyqunun nazirliyinin Bakını hiddətləndirən bəyanatı... SEPARATÇILARIN "CANGÜDƏNLƏRİNİ" QOVMAĞIN VAXTI YETİŞİRMartın 24-dən etibarən Ağdam-Xocalı istiqamətində baş verənlər ötən gün Azərbaycanla Rusiya arasında ciddi gərginliyin yaranması ilə nəticələndi. Xəbər verildiyi kimi, Azərbaycan ordusunun bölmələri güc tətbiq etmədən, Rusiya sülhməramlıları ilə əlaqəli şəkildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənib.

Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə hələ də fəaliyyətini davam etdirən qanunsuz erməni silahlı dəstələri buna mane olmağa çalışıblar və bir neçə dəfə diversiya həmləsi ediblər, lakin Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında deyildiyi kimi, heç bir nəticə əldə edə bilməyərək geri oturdulublar. Erməni tərəfi bu atışmalar zamanı azı 3 silahlı itirdiyini, 15-ə yaxın yaralı olduğunu açıqlayıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi bütün bu baş verənlər haqda Bakını hiddətləndirən bəyanat yayıb. Orada Azərbaycan ordusunun bölmələrinin "Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olması", "Dağlıq Qarabağın silahlı dəstələrinə qarşı" "Bayraktar TB2" döyüş pilotsuz təyyarəsindən 4 zərbənin endirilməsi, Azərbaycan tərəfinin "2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozması" kimi "müddəalar" yer alırdı.

Azərbaycan Müdafiə Nazirliyi artıq Rusiya tərəfinin bu bəyanatına kifayət qədər sərt cavab verib, 10 noyabr razılaşmasını pozan tərəfin əslində qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarmamaqla Ermənistan olduğunu, Rusiya sülhməramlılarının isə buna şərait yaratdığını bildirib. Üstəlik bəyan edilib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında göstərilənlər iki ölkə arasında fevralın 22-də imzalanmış müttəfiqlik münasibətləri barədə bəyannaməyə də ziddir.

Bu bəyanat və daha əvvəl Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Həmin 10 noyabr üçtərəfli bəyanatının bəndlərindən birinə əsasən Rusiya sülhməramlılarının yerləşdirilməsi erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə paralel həyata keçirilməliydi.

Lakin bu baş verməyib və həmin qanunsuz silahlı birləşmələr, -hansı ki, Rusiya Müdafiə Nazirliyi indi onları "Dağlıq Qarabağın silahlı bölmələri" adlandırır, əvvəllər isə hətta "Dağlıq Qarabağ ordusu" adlandırmışdı,-öz fəaliyyətini davam etdirir. Üstəlik sülhməramlılarının himayəsi və mühafizəsi altında özlərinə döyüş mövqeləri qurur, səngərlər qazmağa cəhd edir və vaxtaşırı olaraq Azərbaycan ordusunun mövqelərinə atəş açır. Dəfələrlə belə məlumatlar da yayılıb ki, Rusiya sülhməramlıları nəinki həmin qanunsuz dəstələrin tərksilah edilməsini həyata keçirmir, üstəlik onları silahlandırır, təlim keçir.

Xocalı rayonunun Pirili və Fərrux kəndləri istiqamətində hadisələr də məhz bu səbəbdən alovlanıb. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qanunsuz erməni silahlıları Rusiya sülhməramlılarının müşaiyəti altında, özü də kifayət qədər arxayın şəkildə özlərinə səngərlər qazaraq əlverişli mövqelərdə möhkəmlənməyə cəhd ediblər. Nəticədə Azərbaycan ordusunun bölmələri Fərrux kəndini və ətraf yüksəklikləri tutaraq bunun qarşısını alıblar. Başqa sözlə, Azərbaycan ordusu ölkənin suveren əraziləri daxilində öz mövqelərinin yenidən dislokasiyasını həyata keçirib və buna görə Rusiyadan, yaxud Ermənistandan icazə almalı deyildi.

Lakin Rusiya Müdafiə Nazirliyi bunu "10 noyabr üçtərəfli razılaşmasının pozulması" adlandırır, Azərbaycan ordusunun bölmələrinin "sülhməramlıların məsuliyyət zonasına daxil olması" barədə danışır. Bu nə deməkdir və nə yanaşmadır? "Sülhməramlıların məsuliyyət zonası" sanki hansısa suveren ərazidir və Azərbaycan əsgərləri ora viza ilə daxil olmalıdır? "Sülhməramlıların məsuliyyət zonası" adlandırılan ərazinin Azərbaycanın suveren ərazisi olduğunu Rusiya Müdafiə Nazirliyinə hər dəfə ayrıca bəyanatla xatırlatmaq lazım gəlir?

Bəyanatda yer alan bu ifadələr Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir və iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə dair 22 fevral bəyannaməsinin pozulmasıdır. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi həmin bəyanatın 18-ci bəndini pozmuş olur. Həmin bəndə əsasən tərəflər o cümlədən beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı səylərini birləşdirməli idi. Amma Rusiya indiki halda Azərbaycan ərazilərində separatçılığı nəinki təşviq edir, hətta silahlı separatçıları himayə edib qoruyur.

Digər tərəfdən, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində hansı mandat əsasında fəaliyyət göstərdiyi bəlli deyil. Bir qayda olaraq münaqişə zonalarında sülhməramlı əməliyyatlar BMT-nin müəyyən etdiyi mandata əsaslanır. İndiki halda 2020-ci ilin noyabrında üçtərəfli bəyanat imzalanandan dərhal sonra Rusiya sülhməramlı qüvvələrinin nəinki BMT mandatı, eləcə də tərəflərin özlərinin müəyyən etdiyi mandat olmadan Azərbaycan ərazilərinə daxil olması anlaşılan idi. Çünki mandatın müəyyən edilməsi və razılaşdırılması nisbətən uzun çəkən prosesdir, 2020-ci ilin noyabrında Ermənistan Şuşanın azad olunmasının ardınca təslim olmağa razılaşanda və hərbi əməliyyatların dayandırılması barədə anlaşma əldə olunanda isə bu mandatı müəyyən etməyə sadəcə olaraq vaxt yox idi.

Daha sonra Rusiya sülhməramlılarının mandatına dair müəyyən müzakirələrin aparıldığı haqda xəbərlər eşidildi, amma görünür elə şərtlər irəli sürülmüşdü ki, bu mandatı razılaşdırmaq baş tutmadı. Yəni Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində fəaliyyətinin özü faktiki olaraq qeyri-legitimdir, heç bir mandata əsaslanmır və üstəlik onların özlərini sülhməramlı kimi deyil, qanunsuz erməni silahlı dəstələrinin "cangüdənləri" kimi aparması bu qeyri-legitimliyi daha da artırmış olur. Belə olan halda 5 illik müddətin başa çatmasından dərhal sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi də qaçılmaz olacaq. Bunun üçün 10 noyabr razılaşmasına əsasən tərəflərdən birinin, indiki halda Azərbaycanın öz mövqeyini ortaya qoyması kifayət edir./Virtual


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4781   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr