"Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı etimad limitini sıfra endirir"

"Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı etimad limitini sıfra endirir""Rusiya Müdafiə Nazirliyinin məlum bülleteninin ilk cümləsindən Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycanla Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin preambula hissəsi və müvafiq bəndləri kobud şəkildə pozulub".

Bu fikirləri politoloq Elçin Mirzəbəyli deyib deyib.

Onun sözlərinə görə, mahiyyət etibarilə Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi subyektinin olmadığı, ölkəmizin ərazilərinin həm beynəxalq müstəvidə tanındığı, həm də Rusiya tərəfindən tanınması hər kəsə bəllidir:

"Bütövlükdə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi faktiki olaraq separatizmin stimullaşdırılması və dolayısı ilə dəstəklənməsi kimi qəbul oluna bilər. Rusiya tərəfi Azərbaycanla imzaladığı ikitərəfli bəyannaməyə uyğun olaraq öz üzərinə bir sıra öhdəliklər götürüb. Bunlar da təbii ki, qarşılıqlı öhdəliklərdir. Yəni, ölkələr qarşılıqlı şəkildə separatizmə qarşı birgə mübarizə aparmalı, təhlükə yaradan halların qarşısını almaqda fəaliyyət göstərməlidirlər".

Politoloq qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin bülleteninin ilk cümləsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsinə daxil olan, Azərbaycanın qanuni əraziləri sayılan yaşayış məntəqələri "Dağlıq Qarabağ ərazisi" adlandırılır:

"Bu isə həm BMT Nizamnaməsinin, həm də yuxarıda iqtibas gətirdiyim sənədlərin müvafiq müddəalarına ziddir və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yolverilməz davranış kimi qəbul olunmalıdır, çünki onların davranışı riyakarlığın son həddidir. Erməni silahlıları çoxdan Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin bu günə qədər Rusiya sülhməramlılarının bilavasitə komandanlığı tərəfindən erməni separatçıları, onların terror quldur dəstələri himayə olunur, Azərbaycan vətəndaşlarına təhdid yaradır. Bu təqdirdə Azərbaycan öz ərazilərində istənilən hərbi əməliyyatı keçirmək və 10 noyabr bəyanatının prinsiplərindən irəli gələn hüquqlardan istifadə edərək orada olan erməni quldur dəstələrini təmizləyə bilər".

"Ərazilərimizdə olan erməni qanunsuz silahlı birləşmələri "Dağlıq Qarabağ silahlı birləşmələri" kimi təqdim olunursa, bu, artıq Rusiya Müdafiə Nazirliyinin və sülhməramlıların tərəf olduğunu sübuta yetirir. Onlar nəinki üçtərəfli bəyanatın prinsiplərini yerinə yetirmir, eyni zamanda Rusiya və Azərbaycan prezidentləri arasında imzalanan müttəfiqlik bəyannaməsinin müddəalarına uyğun olaraq hərəkət etmir. Əksinə, bunun əleyhinə davranırlar. Bu aspektdən Rusiya Müdafiə Nazirliyinin bülletenində yer alan beynəlxalq hüquqa ziddi ifadələr və iddialar, həmçinin bu ölkənin sülhməramlı missiyasının Azərbaycan qanunlarına və sülhməramlı missiyalarla bağlı BMT Baş Assambleyasının müvafiq tövsiyə və doktrinalarına zidd hərəkətləri, Azərbaycan xalqını Rusiya ilə bağlı beynəlxalq miqyasda mövcud olan rəyin və Rusiyanın öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, imzasına hörmət etməyən dövlət olduğu ilə bağlı fikirlərin gerçəkliyi barədə daha ciddi şəkildə düşünməyə vadar edir. Rusiya Müdafiə Nazirliyinin mövqeyi və sülhdən başqa hər şeyə xidmət edən sülhməramlı missiyasının davranışları, bu ölkənin Azərbaycandakı etimad limitini də sıfırın altına endirir" - Elçin Mirzəbəyli əlavə edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, "Dağlıq Qarabağ" ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi istəyib.Report


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1496   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik

28 oktyabr
.

"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi

"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa

27 oktyabr
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26 oktyabr
.

Tramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb

ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında

27 oktyabr
.

HSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb

Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib. Bankın vergidən əvvəlk

27 oktyabr
.

Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə

28 oktyabr
.

Şimali və Cənubi Koreya arasında gərginlik yenidən artır

Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlər kəskinləşib. Reuters-ə istinadən xəbər verir ki, Pxenyan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda sentyabrda baş vermiş mina insidenti ilə bağlı Seulu hadisəni saxtalaşdırmaqda ittiham edib. Koreya yarımadasında hərbi hazırlıqla bağlı narahatlıqla

26 oktyabr
.

Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı

Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə

26 oktyabr