Rusiya MN-in hüquqazidd açıqlaması: Ordumuzun səbri tükənir

Rusiya MN-in hüquqazidd açıqlaması: Ordumuzun səbri tükənirSon günlər Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsində erməni separatçılarının təxribatları ciddi narahatçılıq doğurur. Zəfər Savaşından sonra darmadağın olan erməni hərbçiləri hərbi əməliyyatlarının dayanmasında istifadə edərək dəfələrlə təxribatlar törətmişdir. Belə separatçı əməllərə sülhməramlı adlandırılan rus hərbçilərinin susqunluğu təəssüf və etiraz doğurur.

Bu sözlər Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında əks olunub.

"10 noyabr razılaşmasının 4-cü bəndinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Təəssüf ki, Rusiya mütəmadi olaraq 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atır. Rusiyanın bölgə ilə bağlı yeni xəritə təqdim etməsi, "Dağlıq Qarabağ" adlı hüquqi qurumdan danışması, terorçu erməni yaraqlılıarını açıq himayə etməsi, qondarma icmalar yaratması və digər addımları Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurur. Bu, ilk növbədə, zəmanətçi kimi çıxış edən Rusiya Prezidentinin imzasına hörmətsizlik kimi dəyərləndirilməlidir.

Azərbaycan Ordusunun bölmələrinin keçmiş Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənməsinə Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən reaksiya isə bütün beynəlxalq hüquq normalarına, dinc qonşuluq münasibətlərinə daban-dabana ziddir. Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Əslində 10 noyabr bəyanatına görə Rusiya sülhməramlılarının görməli olduğu işi Azərbaycan tərəfi həyata keçirib. Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə bu gün dünya çapında düşmən mövqedə duran Rusiya və ABŞ-ın eyni qərəzlə yanaşması böyük təəssüf doğurur.

30 il müddətində dünyanın supergüclərinin təmsil olunduğu ATƏT-in Minsk Qrupunun, dünyada sülhün və dövlət suverenliyinin qarantı sayılan BMT-nin bacarmadığını Azərbaycan ordusu 44 günə gerçəkləşdirərək beynəlxalq hüququ yerinə yetirdi.

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin hər şeydən üstün olduğunu əsas götürərək bütün ərazilərdə separatçı hərbi birləşmələrin ləğv edilərək ölkə ərazisində dövlət hüquqlarımızın tam bərpasını zəruri sayır.

VHP hesab edir ki, qanunlarımıza tabe olan hər bir erməninin təhlükəsizliyinə təminat verərək öz hakimiyyətini bütün ərazilərimizdə bərqərar etməlidir. Vətən savaşı dönəmində olduğu kimi bu gün də siyasi mövqeyindən, sosial durumundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Xankəndidə bayrağımızın ucalması yolunda dövlətin və ordunun yanındadır!" – bəyanatda bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1730   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr