Rusiya oliqarxları: Onlar "qara pullarını" harada gizlədirlər?

Rusiya oliqarxları: Onlar "qara pullarını" harada gizlədirlər?Onilliklər ərzində rus oliqarxları qanunsuz yolla əldə edilmiş milyardlarla dolları xaricə köçürüblər. Bu vəsaitin izini tapmağı son dərəcə çətinləşdirmək üçün onu "qabıq" (heç bir ofisi və işçisi olmayan və yalnız kağız üzərində mövcud olan) şirkətlərə qoyublar. İndi dünya ölkələri bu vəsaiti tapmaq üçün addımlar atır.

Dünyada nə qədər "qaranlıq rus pulu" var?

ABŞ-ın "Atlantic Council" ("Atlantika Şurası") Analitik Mərkəzi bildirir ki, rusların xaricdə gizlətdiyi "qaranlıq pul"un həcmi təxminən 1 trilyon dollar cıvarındadır. Rusiyaya qarşı sanksiyalardan sonra gündəmə gələn oliqarxlar kimlərdir?

Rus oliqarxlar niyə London məhkəmələrində çəkişirlər?

Onun 2020-ci il hesabatında bu məbləğin dörddə birinə Rusiya prezidenti Vladimir Putin və onun yaxın adamları - "oliqarxlar" kimi tanınan varlı rusların nəzarət etdiyi təxmin edilir. "Bu pullar Kreml tərəfindən casusluq, terrorizm, sənaye casusluğu, rüşvətxorluq, siyasi manipulyasiya, dezinformasiya və bir çox başqa mənfur məqsədlər üçün istifadə edilə və idarə oluna bilər", - hesabatda deyilir.

"Qara pul" necə əldə edilib?

ABŞ-ın digər beyin mərkəzi sayılan "National Endowment for Democracy" (Demokratiya naminə Milli Fond) deyir ki, Putin yaxın adamlarını "dövlət büdcəsindən oğurlamağa, özəl bizneslərdən pul qoparmağa və hətta gəlir gətirən müəssisələrin açıq şəkildə ələ keçirilməsinin təşkilinə" təşviq edib. Orada deyilir ki, bu yolla onlar dəyəri 10 milyardlarla ölçülən şəxsi sərvətlərini toplayıblar. Rusiyanın müxalifət liderləri Boris Nemtsov və Vladimir Milov iddia ediblər ki, 2004-2007-ci illər arasında neft nəhəngi "Qazprom"un vəsaitlərindən Putinin yaxınlarına 60 milyard dollar köçürülüb. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən dərc edilən Pandora Sənədləri qeyd edir ki, Putinə yaxın insanlar çox varlanıblar və ona öz sərvətlərini köçürməkdə kömək edə bilərlər.

Pul harada saxlanılır?

Tarixən bu pulların çoxu əlverişli vergi mühiti olan Kiprə gedib. Bəziləri üçün ada "Moscow on the Med" ("Aralıq dənizi sahilindəki Moskva) kimi tanındı. Atlantika Şurasının məlumatına görə, təkcə 2013-cü ildə Rusiyadan 36 milyard dollar pul çıxıb. Vəsaitin çox hissəsi həqiqi sahiblərini gizlətmək üçün istifadə olunan "qabıq şirkətlər"i vasitəsilə ölkədən çıxarılıb. 2013-cü ildə Beynəlxalq Valyuta Fondu Kipri ​​"shell şirkətləri"nin ("qabıq şirkətlər") saxladığı on minlərlə bank hesabını bağlamağa razı salmışdı.

Britaniyanın Virgin adaları rus pulunun sevimli sığınacağıdır

Britaniyanın Virciniya və Kayman adaları kimi ölkənin digər kənar əraziləri də sevimli istiqamətlərdir. Global Witness-in hesabatında deyilir ki, 2018-ci ildə rus oliqarxlarının bu vergi cənnətlərində təxminən 45,5 milyard dollarlıq maliyyə ehtiyatları var. Bu pulun bir hissəsi Nyu-York və London kimi maliyyə paytaxtlarına yol tapır və orada investisiya kimi istifadə edilə və gəlir gətirə bilər. "Transparency International" antikorrupsiya təşkilatı iddia edir ki, Böyük Britaniyanın ən azı 2 milyard dollarlıq əmlakı maliyyə cinayətlərində ittiham olunan və ya Kremllə əlaqələri olan ruslara məxsusdur. Rusiyada çirkli pulların yuyulmasının genişliyi 2014-cü ildə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Korrupsiya Hesabatı Layihəsinin "Rusiya Camaşırxanası"na təqdim etdiyi hesabatda daha da ifşa edilib. Bildirilib ki, 2011-2014-cü illər arasında 19 Rusiya bankı 96 ölkədə 5140 şirkət vasitəsilə 20,8 milyard dollar çirkli pul yuyub.

Pul necə gizlədilir?

Rusiyalı oliqarxların xaricdə öz "qara pullarını" gizlətmələrinin adi üsulu "qabıq şirkətlər"dir. "Bu oliqarxlar öz vəsaitlərini qanuni yolla gizlətmək və yumaq məqsədi ilə dünyanın ən yaxşı hüquqşünaslarını, auditorlarını, bankirlərini və lobbiçilərini işə götürürlər", - Atlantika Şurası bildirir. "Ciddi bir oliqarxın ofşor yurisdiksiyalarında çoxlu sayda anonim qabıq şirkətləri var və onun vəsaitləri onların arasında ildırım sürəti ilə hərəkət edir". 2016-cı ildə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu "Panama Sənədləri"ni nəşr etdi və bu sənəddə təkcə bir şirkətin varlı ruslar üçün 2071 "qabıq şirkət" qurduğu göstərildi.

Oliqarxların qara pullarını ifşa etmək üçün hansı addımlar atılır?

Ukraynanın işğalından sonra ölkələr Rusiya pullarının izinə düşmək üçün bir sıra tədbirlərə start veriblər. ABŞ Rusiya oliqarxlarının maliyyəsini sıxışdırmaq üçün yeni "KleptoCapture" işçi qrupu yaradır. Yeni qurum Ədliyyə Departamenti tərəfindən idarə olunacaq və qeyri-qanuni yolla əldə olunan aktivlərə əl qoymaq üçün nəzərdə tutulub. Böyük Britaniya hökuməti "Açıqlanmayan Sərvət Sərəncamları" (UWOs) haqqında qərardan istifadəni genişləndirib. Bu, Birləşmiş Krallıqda nağd pulla aktivlər alan insanları öz maliyyə mənbələrini açıqlamağa məcbur edən hüquqi bazadır. Kipr rus pulları üçün o qədər məşhur bir yerdir ki, ona "Aralıq dənizindəki Moskva" deyilir. Hesabın Dondurulması haqqında Sərəncamlar (AFO) isə məhkəmələrə imkan verir ki, cinayət fəaliyyətində istifadə edilən vəsaitləri dondursun. Britaniya hökumət İqtisadi Cinayətlər Qanununu qəbul etməklə, ölkədən uzaqda yerləşən suveren ərazilərində benefisiar mülkiyyətinin reyestrini də təsdiqləmiş oldu.

Böyük Britaniya zəngin əcnəbilərə ölkəyə külli miqdarda pul yatırdıqları təqdirdə yaşamaq hüququ verən "qızıl viza sxemi"ni də ləğv edib. Rus pulunun sevimli sığınacağı olan Malta da oliqarxlara vətəndaşlıq almağa imkan verən "qızıl pasport" sxemini ləğv edib. Kipr və Bolqarıstan 2020-ci ildə "qızıl pasport" sistemlərini ləğv etdilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1672   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr