Ermənilər bunu da edib terrorçu xislətlərini təsdiqlədirlər

Ermənilər bunu da edib terrorçu xislətlərini təsdiqlədirlər"Təcavüzkar, ikili oyunların mahir ifaçısı Ermənistan ona məxsus olan 4 ədəd müasir SU 30 təyyarəsini hərbi əməliyyatlarda istifadə etmək üçün Ukraynaya göndərib".

Sonxeber.az-ın məlumatına görə, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, təyyarələrin erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir, bu isə birmənalı olaraq, onu deməyə əsas verir ki, artıq Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşulub:

"Bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan bu ölkəni qabaqladı və qarşıdurmanın bilavasitə iştirakçısına çevrildi. Beləliklə, tam əminliklə söyləyə bilərik ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistan da iştirak edir və bu prosesə öz "töhfələrini" verir.

Görünən odur ki, Azərbaycandan aldığı zərbə, "Dəmir yumruq" Paşinyan hakimiyyəti üçün yetərli olmadı, Ermənistan rəhbəri dövlətçilik maraqlarını, öz xalqının mənafeyini qurban verərək ölkəsini ciddi zərbə altına qoydu. Budur Ermənistanın siyasətinin həqiqi mahiyyəti.
Onu da qeyd edək ki, bundan əvvəl də Ermənistanın Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına göndərilməsində fəal iştirak etdiyi barədə məlumatlar yayılmışdı.

Məhz bu səbəbdən bu gün bir sıra Qərb dairələrində Ermənistana bu davranışlarına görə sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilir. Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir. Artıq sözdən əmələ keçməyin vaxtıdır.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu ölkəyə davamlı humanitar yardımlar göstərir. Dünən Ukrayna Prezidentinin yenidən Prezident İlham Əliyevə zəng edərək təşəkkürünü bildirməsi bu fikri bir daha təsdiq edir.

Ermənistan isə Ukraynada həyata keçirilən əməliyyatlarda bilavasitə iştirak edir. Qərb dövlətləri, eləcə də beynəlxalq qurumlar Ermənistanla bağlı siyasətlərində bu amilləri mütləq nəzərə almalıdırlar. Ermənistan, hər zaman söylədiyimiz kimi, terror dövlətidir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1220   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

Paşinyan Azərbaycan üzərindən Ermənistana internet kabelin çəkilməsi ilə bağlı: "Risk görmürük"

"Ermənistan internet trafikinin Azərbaycan üzərindən tranziti halında şəxsi məlumatlar üçün hər hansı risk və ya təhdid görmür". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasından sonra bildirib. Daha əvvəl məlum olduğuna görə, "Teleco

25 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım

3 iyul
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun