"Kimlərinsə istəyi, təhdidi ilə mövqelərimizi tərk etmək fikrində deyilik" - AÇIQLAMA - ÖZƏL
"Son seperatçı, qeyri-qanuni silahlı, terrorçu torpaqlarımızdan tam təmizlənənə qədər biz bu işi görəcəyik".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Xocalı rayonunun deputatı Elman Məmmədov deyib.
O bildirir ki, Azərbaycan müstəqil dövlətdir və bu gün bizim o gücümüz, imkanımız var:
"Fərrux, Pirlər, Daşbaşı kəndi də Xocalı rayonunun əraziləridir. Onlar Ağdam rayon mərkəzinə yaxın olan yüksəklikdə yerləşir. Xüsusilə də Fərrux və Daşbaşı kəndi tarixən o qədər də böyük kəndlər olmayıblar, amma tarixi olan ərazilərdir. Adları da Azərbaycan, türk adlarıdır. Yəni, elə adlarından bəllidir ki, bunlar Azərbaycan Respublikasının tarixi torpaqlarıdır. Orada nə güc tətbiq etmişik, nə müharibə etmişik, sadəcə olaraq, Müdafiə Nazirliyimizin verdiyi məlumata əsasən, ordumuz Azərbaycan Respublikası ərazisində dislokasiya yerlərini dəyişib, müəyyən mövqelər tutub, stratejik cəhətdən daha əhəmiyyətli, daha sərfəli yüksəkliklərdə mövqeləri möhkəmləndiriblər. Bu bizim hüququmuz, səlahiyyətimizdir. Kimsə bundan narahat olursa, narazılıq edirsə, özünün işidir. Ordumuz heç bir dövlətin ərazisinə daxil olmayıb. Azərbaycan ərazisində ordu öz səlahiyyətləri daxilində təhlükəsizliyimizi, müdafiəmizi təmin etmək üçün özünə vacib olan stratejik yerlərdə möhkəmlənməlidir. Bunu da etmişik. Kimlərinsə də istəyi, təhdidi ilə mövqelərimizi tərk etmək fikrində deyilik.
Ancaq məqsədimiz ondan ibarətdir ki, uzun illər ərazimizdə kök salan seperatçı, terrorçu, qeyri-qanuni Ermənistan dövlətinə aid olan hərbi birləşmələri torpaqlarımızdan təmizləyək, onları tərkisilah edək, neytrallaşdıraq. Bu istiqamətdə də işimiz davam edəcək.
Cənab Prezidentdən bir sitat gətirmək istəyirəm: "Mən nəyi, necə və nə zaman edəcəyimi yaxşı bilirəm".
Biz də cənab Prezidentin bu siyasəti ilə işimizi aparırıq".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı