"Delyaginin Azərbaycana qarşı təhdid dolu açıqlaması məhz erməni lobbisindən aldığı tapşırığın icrasıdır"

"Delyaginin Azərbaycana qarşı təhdid dolu açıqlaması məhz erməni lobbisindən aldığı tapşırığın icrasıdır""2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Ermənistanın 30 illik işğalına son qoydu və torpağlarımızı işğaldan azad etdi".

Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Ermənistan "diz çökərək", yalvararaq kapitulyasiya aktna imza atdı və beləliklə 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin imzası ilə üçtərəfli bəyannamə imzalandı:

"Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Rusiya sülhməramlı kontingenti yerləşdirildikdən sonra terrorçu erməni silahlı birləşmələri Azərbaycanın bütün ərazilərini tərk etməli idilər.

Lakin bu müddət ərzində Ermənistan buna əməl etməyib, bəyanatın bir sıra maddələrini icra etməkdən boyun qaçırıb və buna süni əngəllər törədib.

Azərbaycan isə beynəlxalq hüquq çərçivəsində öz süveren ərazilərini terrorçulardan təmizləməlidir. Bu, Rusiya prezidentinin də imzası ilə təsdiqlənmiş bəyannamədə öz əksini tapıb.

Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin 44 günlük Vətən müharibəsi zamanında da qeyd edib ki, bu ərazilər Azərbaycanın tarixi və əzəli torpaqlarıdır və Azərbaycan müharibəni öz ərazisində aparır.

Xatırladaq ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan-Rusiya arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə gətirilməsi ilə bağlı növbəti bir bəyannamə imzalanıb. Bu bəyannaməyə əsasən, hər iki ölkə qarşılıqlı olaraq öz ərazisində terrora qarşı mübarizə aparmaq hüququndadır.
Biz də elə bunu həyata keçiririk.

Əlbəttə, bütün bu sadalananlar Rusiyanın rəsmi mövqeyidir. Rusiya Dövlət Dumasının üzvü Mixail Delyaginin isə Azərbaycan haqqında səsləndirdiyi absurd fikirlər birbaşa erməni lobbisinə xidmət və Rusiya prezidentinə qarşı çıxmaq kimi qiymətləndirilməlidir.

Delyaginin Azərbaycana qarşı təhdid dolu açıqlaması məhz erməni lobbisindən aldığı tapşırığın icrasıdır və heç də Rusiyanın dövlət mövqeyi ola bilməz. Deputatın özü də bunu anlayaraq Azərbaycan xalqından üzr istəyib.

Sonda onu da vurğulayım ki, Delyagin və onun kimilərinin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz süveren ərazilərində tarixi və əzəli torpaqlarımızı terrorçulardan təmizləməyə davam edəcək və Azərbaycanın daxili işlərinə qarışmağa heç kimin haqqı yoxdur!"

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1918   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr