Britaniya Putinin təbliğatçılarına sanksiya tətbiq etdi – SİYAHI
Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı başladığı müharibə ilə bağlı yalan məlumat yayan 14 təbliğatçıya və dövlət mediasına qarşı sanksiya tətbiq edib.
Sonxeber.az Lent.az-a istinadla bildirir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onların arasında Rusiyanın "Rossiya" dövlət televiziyasının tanınmış teleaparıcısı və Putinin təbliğatçısı Sergey Brilev də var.
Bir telefon zəngi Ukraynadakı müharibəni bitirə bilər - Lukaşenko
Azərbaycanda ehtiyatda olan zabitlərin NƏZƏRİNƏ
"Təxribatlar hər zaman Ermənistan tərəfindən olur" - Hikmət Hacıyev
Əvvəllər Böyük Britaniyada yaşayan Brilev bundan sonra İngiltərədəki aktivlərinə daxil ola bilməyəcək və biznes əlaqələrini davam etdirə bilməyəcək.
Hökumət həmçinin dövlətə məxsus media qurumlarına qarşı birbaşa sanksiyalar tətbiq edir. Birbaşa sanksiya tətbiq edilənlər Kreml tərəfindən maliyyələşdirilən "TV Novosti", keçmiş "Russia Today" və "Sputnik" xəbər agentliyinə nəzarət edən "Rossiya Seqodnya"dır.
Sanksiyaya məruz qalan digər təbliğatçılara aşağıdakılar daxildir:
• Aleksandr Jarov, "Qazprom-Media"nın baş direktoru və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Xidmətin (Roskomnadzor) keçmiş rəhbəri;
• Aleksey Nikolov, RT-nin idarəedici direktoru və Beynəlxalq Jurnalistikanın İnkişafı Assosiasiyasının həmtəsisçisi;
• Anton Anisimov, "Sputnik"in baş redaktoru;
• Vladimir İliç Maksimenko, Strateji Mədəniyyət Fondunun direktoru;
• Andrey Qriqoryeviç Areşev, Strateji Mədəniyyət Fondunun direktoru;
• İrina Sergeevna Bubnova, Strateji Mədəniyyət Fondunun sosial media redaktoru;
• Anton Bespalov, Strateji Mədəniyyət Fondunun sosial media redaktoru;
• Sergey Saenko, Strateji Mədəniyyət Fondunun Sosial Media redaktoru;
• Natalya Skoroxodova, Strateji Mədəniyyət Fondunun İnsan Resursları və Maliyyə üzrə məsul işçisi;
• Svetlana Zamlelova, "Kamerton" jurnalının baş redaktoru.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı