İlham Əliyev italiyalı naziri qəbul etdi - YENİLƏNİB

İlham Əliyev italiyalı naziri qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

"Cənab nazir, sizi görməyə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Bu, bir-birimizi bir daha görmək üçün yaxşı fürsətdir. Romadakı görüşümüzlə bağlı mənim çox yaxşı xatirələrim var və həmçinin bu, gündəliyimizdə duran məsələləri müzakirə etmək üçün bir imkandır.

Gündəlikdə duran məsələlərin sayı həqiqətən də artır. Bu, əməkdaşlığımızın çox yaxşı əlamətidir. Əlbəttə ki, ölkələrimiz arasında çox güclü siyası əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq. Əlbəttə ki, mənim iki il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı xatirələrim var. Səfərlər, müzakirələr və sənədlər - bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir. Bildiyiniz kimi bu yaxınlarda mənim Baş nazir Mario Draqi ilə telefon söhbətim olub və biz sizin Azərbaycana səfərinizi də müzakirə etdik.

Beləliklə, bütün işlər uğurla gedir və əlbəttə ki, bizim ticarət tərəfdaşlığımızın yaxşı göstəricilərini görməyə məmnunam. Məlumata baxdım və gördüm ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənub Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur. Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız olması çox yaxşı əlamətdir. Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır.

Bütün bunlar əməkdaşlığın çox müsbət əlamətləridir, strateji və uzunmüddətli xarakter daşıyır. Buraya humanitar sahədə əməkdaşlığı da əlavə etməliyik. Bu gün çox mühüm hadisə - İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaqdır. Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir.

Beləliklə, qeyd etdiyim kimi, gündəlik genişdir və genişlənir. Mən çox şadam ki, bu, bizim əməkdaşlığımızın yaxşı nəticəsidir. Bir daha xoş gəlmisiniz. Sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm".

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib:

"Təşəkkür edirəm, hörmətli cənab Prezident. Vaxt ayırdığınıza görə minnətdaram. Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Sizi təbrik edirəm, ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula 1 Qran-Prisi sayəsində görmüşdüm. Şəhər möhtəşəmdir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə hazırkı vaxtda regionunuzda rəhbərliyiniz münasibətilə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik".

Qonaq dövlətimizin başçısının 2020-ci ilin fevralında İtaliyaya səfərini möhtəşəm səfər kimi dəyərləndirərək deyib:

"Əfsuslar olsun ki, bu, pandemiyadan əvvəl İtaliyada sonuncu rəsmi səfər idi. Biz bunu xatırlayırıq. Bu, pandemiyadan əvvəl sonuncu yaxşı hadisə idi. Sizə bildirmək istərdim ki, qeyd etdiyiniz kimi, ölkələrimiz arasında mühüm əlaqələr var və iqtisadi əlaqələr çox yaxşı inkişaf edir. Düşünürəm ki, iqtisadi əlaqələr həmişə siyasi əlaqələrlə bağlı olur. İqtisadi əlaqələr artdıqca siyasi və tarixi əlaqələr də artır. Bizim birgə universitetimizin təməlinin qoyulması münasibətilə bu mühüm tədbirdə iştirak etmək imkanı əlaqələrimizin gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Siz TAP-ı qeyd etdiniz. TAP məhz bu dövrdə - sülh dövründə iqtisadi əlaqələrin yaradılmasının əhəmiyyətini nümayiş etdirir".

Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

11:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1040   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım

3 iyul
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun