"21-ci əsrin cəhənnəmi. Qətlləri dayandırın!" - Mixaylo Podolyak dünyaya müraciət etdi

"21-ci əsrin cəhənnəmi. Qətlləri dayandırın!" - Mixaylo Podolyak dünyaya müraciət etdiUkrayna Prezident Ofisinin rəhbərinin müşaviri, Rusiya ilə danışıqlar qrupunun üzvü Mixaylo Podolyak Kiyev vilayətində işğalçıların vəhşiliklərini nümayiş etdirərək, Avropa ölkələrinə müraciət edib.

Sonxeber.az Unian-a istinadən xəbər verir ki, Prezident Ofisinin rəsmisi bu barədə "Twitter"də

"Kiyev vilayəti. 21-ci əsrin cəhənnəmi. Edam edilən kişi və qadınların əlləri bağlı cəsədləri. Nasizmin ən ağır cinayətləri yenə Avropadadır. Rusiya bunu bilərəkdən etdi. Enerji resurslarına embarqo qoyun, limanları bağlayın. Qətlləri dayandırın", deyə Podolyak bildirib.

O, həmçinin Rusiya hərbçiləri tərəfindən işgəncə verilərək qətlə yetirilən ukraynalıların fotolarını yayımlayıb.

Mixaylo Podolyak "Telegram"da isə Buça rayonunda baş verənlər haqqında yazıb:

"Avropalı tərəfdaşlarımızın fikrincə, əsas odur ki, rusları təxribata çəkilməsin? (İstehza). Əsas odur ki, Üçüncü Dünya Müharibəsi başlamasın? Əsas odur ki, ruslar inciməsinlər? Mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, yaşayış məntəqələrinin bombalanması, kütləvi edamlar, konslagerlərdəki kimi olsun? Onlar hələ hansı silahlardan istifadə etmədirlər? Dünya təsəvvürolunmaz qorxuya düşüb. Buçada, İrpendə, Qostomeldə anti-insanlıq hökm sürür. Yüzlərlə, minlərlə insan öldürülüb, zorlanıb, əli-qolu bağlanaraq yenidən zorlanıb və öldürülüb. Ukraynanın yüzlərlə, minlərlə dinc sakini vəhşiliklə qətlə yetirilib.

Rusların Kiyev vilayətində təşkil etdiyi bu cəhənnəm foto arxivinə baxmaq fikriniz yoxdur? XXI əsrin Srebrenitsasını istəyirdiniz? Aldınızmı? Razısınız? Narahat olmaq və başınızı bulamaq üçün növbəti sammit təşkil edin".

Mixaylo Podolyak avropalı siyasətçiləri minlərlə ukraynalının zorlanmış, yandırılmış cəsədinə diqqətlə baxmağa çağırıb.

ARAYIŞ: 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası" (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün" təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat" adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır./Qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 997   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

The Wall Street Journal: "ABŞ Çinin gəmiqayırma üstünlüyünü azaltmaq üçün Cənubi Koreyaya üz tutur"

ABŞ gəmiqayırma sənayesini yenidən gücləndirmək üçün Cənubi Koreyanın texnologiyasından və sərmayəsindən yararlanmağa çalışır. The Wall Street Journal-a istinadən xəbər verir ki, Vaşinqton bu sahədə Çindən ciddi şəkildə geri qalır və mövqeyini bərpa etmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duyur

26 oktyabr
.

"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi

"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa

27 oktyabr
.

Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı

Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə

26 oktyabr
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25 oktyabr
.

Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə mümkün münaqişəyə hazırlayır

Almaniya Bundesverinin xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq keçir. xəbər verir ki, bu barədə "Bild" qəzeti briqada komandiri Andreas Künəyə istinadən məlumat yayıb. Künenin sözlərinə görə, hazırlıq konkret rəqibə - Rusiyaya qarşı yönəlib. Hərbçilər uzunmüddətl

27 oktyabr
.

Stubb Putindən sonra Zelenskiyə zəng vurub

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard

27 oktyabr
.

Lula da Silva yenidən Braziliya prezidenti seçildi

"Folha de Sao Paulo" qəzetinin Seçki Komissiyasının məlumatlarına istinadən verdiyi məlumata görə, Braziliya Prezidenti Luis İnasio Lula da Silva səsvermənin ikinci turunda senator Flavio Bolsonaroya qalib gələrək yenidən seçilib. xəbər verir ki, hazırda bülletenlərin 99,79%-i emal olunub

26 oktyabr
.

Moldovanın Baş naziri Ukraynaya gedib

Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib. Report xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq. Moldova hökumətinin mətbua

26 oktyabr
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27 oktyabr