"4 günlük Aprel döyüşləri 44 günlük Vətən müharibəsində əldə edilən Böyük Qələbənin açarı oldu" - AÇIQLAMA ÖZƏL
2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq 4 gün davam edən Aprel döyüşlərindən 6 il ötür. Bu münaqişə Azərbaycan və Ermənistan arasında 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüş idi. Tarixi qələbəmizə gedən yol, bəlkə də, elə bu döyüşlə başladı.
Mövzuyla bağlı Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov münasibət bildirib.
O qeyd edib ki, 4 günlük Aprel döyüşləri 44 günlük Vətən müharibəsində əldə edilən Böyük Qələbənin açarı oldu:
"Bu hadisə mənfur düşmən üzərində qazanılan tarixi qələbənin başlanğıcıdır. Ordumuzun əsgər və zabitləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin şanlı səhifəsini yazdılar. Düşmənin məğlubedilməzlik mifini, keçilməz sədləri vurub dağıtdılar, işğalçıları qaçmağa məcbur etdilər. Ordumuz dastan yazdı, Lələtəpədə bayrağımızı dalğalandırmaqla Böyük Qələbənin uzaqda olmadığı xəbərini çatdırdı.
4 günlük Aprel döyüşləri həm də xalqımızın vətənpərvərlik ruhunu artırdı, xalqın qələbəyə inamını özünə qaytardı. Lələtəpə dastanı ilə xalqımız qələbənin dadını hiss etdi, yeni-yeni qələbələr üçün səfərbər oldu. İşğalçı dövlət isə bütün istiqamətlərdə, həm mənəvi, həm psixoloji cəhətdən sarsıldı, orduları haqqında yaydıqları yalançı məğlubedilməzlik mifi darmadağın oldu. Ən əsası isə, Ermənistan cəmiyyəti parçalandı, hakimiyyətdə olanların yalanları üzə çıxdı.
Bəli, Azərbaycan 4 günlük Aprel döyüşlərində Ermənistan ordusunu diz çökdürdü və özünün istəyi ilə əks-hücumu dayandırdı. Hadisələr başqa istiqamətə də cərəyan edə bilərdi, amma Prezidentimizin müdrikliyi 4 günlük müharibəni lazımi anda dayandırmaq üçün kifayət etdi. "Qarabağın azadlığı" əməliyyatının ilk məşqi və əldə edilən qələbə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yolların düşməndən azad olunmasında böyük rol oynadı. Şərur rayonunun Günnüt kəndinin erməni işğalçılarından təmizlənməsi əməliyyatını da bu sıraya əlavə etmək olar. Soydaşlarımızın 25 illik yurd həsrətinə son qoyuldu. Ölkəmiz Aprel müharibəsi ilə regionda maraqları olan dövlətlər və ermənlərin havadarlarına sübut etdi ki, Cənubi Qafqazın təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Ermənistan isə bütün qonşularına qarşı ərazi iddiasında olan dövlətdir, regionda müharibə təhdidlərini yalnız bu ölkədən gözləmək lazımdır. Azərbaycan Aprel döyüşləri ilə erməni lobbisinə, onların havadarlarına öz ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu ismarışını da verdi".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı