CinemaPlus-da qorxulu Morbius
28 Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Morbius" filminin qorxulu təqdimatı keçirilib.
Sonxeber.az xəbər verir ki, Morbius, Columbia Pictures tərəfindən Marvel ilə birlikdə istehsal olunan Yaşayan Vampir Morbius personajının yer aldığı Marvel Comics əsasında hazırlanan 2022-ci il Amerika superqəhrəman filmidir. Sony Pictures Releasing tərəfindən paylanmış bu, Sony-nin "Hörümçək Adam" Kainatında üçüncü filmdir.
Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunub. Elin Əhmədov oynadığı Morbius obrazının qeyri-adi görünüşü onu tabutda apararkən qonaqları şoka salıb. Sonra tədbir iştirakçıları böyük məmnuniyyətlə gecənin baş qəhrəmanı ilə foto şəkil çəkdirdilər.
DJ Yago, ləzzətli furşet, alkoqollu və alkoqolsuz içkilər qonaqlara xoş anlar yaşadıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraf da olub.
Filmin rejissoru Daniel Espinosadır. Baş rolu Jared Leto oynayıb. Filmdə həmçinin Maykl Kiton, Mett Smit, Adria Arhona, Jared Harris və başqa aktyorlar çəkilib.
Michael Morbius uşaqlıqdan nadir qan xəstəliyindən əziyyət çəkir və bütün yetkin həyatını müalicə tapmağa həsr edib. Bir gün Maykl yarasaların qanında mümkün bir xilası görür və riskli təcrübəyə qərar verir. Təcrübə gözlənilməz reaksiyaya səbəb olur: xəstə hüceyrələrlə əlaqəyə girərək, Morbiusun bədənini dəyişdirərək onu qaniçən bir canavara çevirir.
Tədbirin təşkilində "Astral" və "Paranormal Baku" kvestləri, qrim Qalib Mirzəliyev, "Orli" event şirkəti, "Light in Black" kreativ şirkəti, Brand Media Groups, "Kolorit" kafesi, "Savalan Winery" şirkəti, Bizon və Şeh Su dəstək göstəriblər.
Qeyd etmək istəyirik ki, "Morbius" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.











Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabr15 il sonra "Harri Potter"dəki roluna qayıdır
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub
28 avqust2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabr"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqust1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabr